Milli komandamızın baş məşqçisi Robert Prosineçki Premyer Liqanın 31-ci turu çərçivəsində keçirilən "Neftçi" - "Zirə" matçından (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb.
Qol.az-ın məlumatına görə, hər iki komandanın sərgilədiyi oyundan narazı qaldığını bildirən xorvatiyalı mütəxəssis digər məsələlərə də toxunub.
- “ Neftçi” - “Zirə” matçında qol vurulmadı. Bu oyun barədə fikirləriniz necədir?
- Ümumi götürsək, oyundan razı qalmadım. Hiss olunurdu ki, "Zirə" 1 xal üçün oynayırdı. Çünki tam bacarığını meydanda göstərmirdi. "Neftçi"də isə böhran hiss olunurdu.
- Hesabdan, yoxsa futbolçuların çıxışından narazı qaldınız?
- Həm futbolçuların çıxışından, həm də hesabdan narazıyam.
- Son zamanlar Ruslan Qurbanov çox tənqid olunur. Bu futbolçunun oyunu sizi necə, qane edir?
- Bu oyunda təkcə Ruslandan yox, bütün komandadan narazı qaldım. Deməzdim ki, təkcə onun oyunu alınmadı. Bütün komanda istənilən səviyyədə çıxış etmədi. Komandalar öz potensiallarına uyğun oyun sərgiləmir. Amma mövsümün sonuna bir neçə oyun qalıb. Gələn həftə bizi Azərbaycan kubokunun yarımfinal qarşılaşmaları gözləyir. Bu matçların maraqlı keçəcəyini gözləyirəm. Bu tur "Qəbələ"ni də izləmişəm. Düzdür, qalib gəldi. Amma nəzərə alsaq ki, "Xəzər Lənkəran"a qarşı oynayırdı, tam potensialını ortaya qoya bilmədi. "Qəbələ"dən daha yaxşı oyun gözləyirdim. Mövsümün qalan oyunlarının daha yaxşı keçəcəyini ümid edirik.
- Azərbaycan yığmasında çıxış edən futbolçuların zəif təsir bağışlamağının səbəbini nədə görürsünüz? Ola bilərmi, mövsümün sonu ilə əlaqədar futbolçularda yorğunluq yaranıb?
- Məncə, bunu yorğunluqla əlaqələndirmək olmaz. Onlar həftədə cəmi bir oyun keçirirlər. Nəyə görə yorğun olsunlar ki? Avropada həftədə 2 dəfə meydana çıxırlar.
- Avstriya toplanışı zamanı millidə yeni ad görə bilərik?
- Kim var? Mən bilmirəm, baxarıq. Cavabını özünüz bilirsiniz. Bu sualı niyə verirsiniz?
- Millinin Makedoniya və Kanada ilə yoxlama görüşləri keçirəcəyi dəqiqləşib. Bəs üçüncü rəqib kim ola bilər?
- Kanada ilə oyun maraqlı olacaq. Makedoniya da güclü komandadır. Amma Avstriyada ilk yoxlama matçımızı mayın 26-da keçirəcəyik. Hələ o rəqib bilinmir. Hazırda ad çəkmək istəməzdim, danışıqlar aparırıq.
- Yığmada hücumçu problemini Almaniyada çıxış edən Rüfət Dadaşovun hesabına aradan qaldırmaq olar?
- Dadaşov 5-ci liqada oynayır. Onu çağırsam, gərək çempionatı dayandıraq, futbol oynamasınlar.
Messi cərimələndi
“Marsel”dən darmadağın
Qadın güləşçilərimizdən 2 medal
Ezri Konza rəsmən "Arsenal"da
Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı
Avropa çempionatı: Azərbaycan boksçusu gümüş medal qazandı
Azərbaycan millisi Andorra ilə qarşılaşacaq
"Barselona" De Yonqa qiymət qoydu
FİFA-dan Argentina millisinə və Paredesə sərt cəza
"Qarabağ" və "Sabah"dan qələbə
"Tottenhem"in sabiq futbolçusu vəfat etdi
Misli Premyer Liqasında 2-ci turun hakimləri açıqlandı
Amit Quluzadə yenidən bu klubun baş məşqçisi oldu
Van-Bissaka "Vest Hem"ə keçdi
"Sabah" - "Hapoel" matçına nə qədər bilet satılıb?
"Yuventus" Artur Melo ilə müqaviləyə xitam verdi
Azərbaycan bu mövsüm Avropada qələbə sayına görə liderdir
99 milyona "Mançester Siti"dən "Tottenhem"ə keçir
Milli komandada yeni baş məşqçi
Azərbaycan boksçusu Avropa çempionatının finalında
Azərbaycan klublarından UEFA reytinqində rekord
Belarus millisi ev oyunlarını niyə Azərbaycanda keçirmədi?
Kadidən Konfrans Liqası rekordu
"Zirə"nin futbolçusu Kamboca klubuna keçdi - Rəsmi
Qurban Qurbanov bunu edə bilərdi və etdi də! - Bizim şərh…