"Neftçi"nin baş məşqçisi Vəli Qasımov Topaz Premyer Liqanın 31-ci turunda "Zirə" ilə oyundan (0:0) sonra mətbuat konfransı keçirib.
Qol.az-ın məlumatına görə, o, jurnalistlərin suallarını cavablandırıb.
- "Zirə" birinci ildir çempionatda oynasa da, stabil oyun sərgiləyir. Məncə, tutduğu yerə layiqdir. Bu komandaya qarşı 4-cü oyunumuzda çox istəyirdik ki, qalib gələk, ancaq alınmadı. Komandada çox şey çatışmır. Bir az da bəxtimiz gətirmir. Bizim qapıya iki hücum olur və qol vururlar. Bizdə isə 10 hücum olur, qol vura bilmirik. Komandada inam azalıb. 7-ci pillədə olan "Neftçi" ancaq qələbə barədə düşünür. Buna görə də futbolçular meydanda tələsir. Bunun da nəticəsində qalib gələ bilmirik.
- Futbolçuları oyuna motivasiya edə bilmirsiz?
- Bu, komanda oyunudur. Biz həmişə "Qarabağ"ı tərifləyirik. Ancaq fikirləşmirik ki, bu heyət artıq 7 ildir bir yerdədir. Bizə vaxt lazımdır.
- AZAL-da baş məşqçi 600 manat alan oyunçunu motivasiya edir, siz necə edə bilmirsiz?
- Sözün düzü, mən hansısa legionerin bu qədər maaş aldığına inanmıram. Bir də ki hər şey pulda deyil. Futbolçularla söhbət edirəm. Ancaq dediyim kimi onlar meydanda tələsirlər.
- Düşünmürsüz ki, əsas problem baş məşqçidə yox, rəhbərlikdədir?
- Bir aydır işləyirəm, nəticə istəyirsiz. İndi Ançelottini, Mourinyonu da gətirsəz, nəticə olmayacaq. Rəhbərlik çox iş görür. Mənim işim komanda ilədir. Ancaq rəhbərliyin işini görmək istəyirsizsə, bazaya gəlin, tanış olun.
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər