"Hər iki komanda mübariz oyun sərgilədi. Məncə, baxımlı oyun alındı. Getdikcə oyunumuzu daha da inkişaf etdirəcəyik".
Qol.az-ın məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Adil Şükürov Topaz Premyer Liqanın 31-ci turunda "Neftçi" ilə oyundan (0:0) sonra deyib.
Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.
- "Zirə"nin futbolçularının yayda avrokuboklara qatılacaq klublara icarəyə veriləcəyi deyilir...
- Hər birimiz Azərbaycan futbolunun inkişafı üçün çalışırıq. Prezidentimiz də bu sözü deyərkən məhz bunu fikirləşib. Ancaq bu, o qədər də real deyil.
- İkinci hissədə "Zirə" sanki hücum etmək istəmirdi. Belə demək olar ki, "Zirə" bura heç-heçə üçün gəlmişdi?
- Bəli, ikinci hissədə bir qədər müdafiə futboluna üstünlük verdik. Ancaq bir xal barədə düşünmürdük. Bura qələbə üçün gəlmişdik.
- Fiziki yüklənmə sizi narahat etmir ki?
- Bu gün müdafiədə oynamağımız sırf taktika ilə bağlı idi. Yorğunluq yoxdur.
- Sizə elə gəlmir ki, Nurlan Novruzov son oyunlarda simulyasiya çox edir?
- Nurlanın xarakteri belədir. Oyun vaxtı tez-tez yıxılması çox vaxt yorğunluqla bağlı olur. Ancaq mən ona əvvəllər də demişəm ki, belə hallara az yol versin.
- Mövsüm boyu əziyyət çəkib, avrokuboklardan kənarda qalmaq sizə pis təsir etmir ki?
- Hələ 1 faiz də olsun şansımız var. Avrokuboklardan kənarda qalmağımızı düşünmək hələ ki tezdir.
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər