"Çelsi"də iki ciddi itki

"Çelsi"də iki ciddi itki
GÜNDƏM 16 Aprel 2016 / 10:47 3621
-  A +

"Çelsi"nin futbolçuları Eden Azar və Con Terri İngiltərə Premyer Liqasının 34-cü turunda "Mançester Yunayted"lə oyunu buraxacaq.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə London klubunun baş məşqçisi Quus Hiddink məlumat verib. O, hər iki oyunçunun zədə səbəbindən sözügedən qarşılaşmada iştirak etməyəcəyini bildirib.

Q.Hiddink onu da deyib ki, Qari Kehill və Nemanya Matiç artıq zədələrini sağaldıb və "MY"a qarşı oynayacaqlar.

Qeyd edək ki, "Çelsi" - "Mançester Yunayted" görüşü bu gün keçiriləcək.

Daha çox


Son xəbərlər
19.01.26  02:25

"Barselona" uduzdu

Topaz Desktop Banner