“Qəbələ”dən ayrılaraq sabiq komandası “Çernomorets”ə qayıdan qapıçılar üzrə məşqçi Andrey Qluşenko Ukrayna mətbuatına geniş müsahibə verib.
Qol.Az-ın məlumatına görə, ukraynalı mütəxəssis "Qəbələ"dəki işindən və Azərbaycan haqda danışıb.
- 2014-cü ildə Roman Qriqorçukla birlikdə Ukraynanı tərk edərək Azərbaycana yollandınız. Həmin vaxt qərar qəbul etməyinizdə əsas rolu nə oynadı?
- Qriqorçuk “Qəbələ”dən təklif alanda mənə də onunla birlikdə Azərbaycana getməyi təklif etdi. Razılaşdım. Biz Qriqorçukla 1 ilin tanışı deyilik. Bu səbəbdən ona xüsusi sualım olmadı. Ailəmlə məsləhətləşdim və getməyə razılıq verdim. Həmin vaxt Ukraynada vəziyyət yaxşı deyildi, ancaq bunun mənim Azərbaycana getməyimə əsas səbəb olduğunu düşünmürəm. Məşqçilər korpusunun bir üzvü idim və elə həmin məqamda Qriqorçuka "Qəbələ"dən təklif gəldi. Mən ora Qriqorçuka kömək etməyə getmişdim. Yəni ölkədəki vəziyyətin pis olması, klubdakı maddi çətinlik qərarıma təsir göstərmədi.
- Həmin vaxtda Qriqorçuk adı Ukraynanın top klubları - Kiyev “Dinamo”su və “Dnepr”lə birlikdə hallanırdı. Lakin belə təkliflərin olduğu halda, Qriqorçuk gözlənilmədən Azərbaycana getdi...
- İnanın, bütün məşqçilər korpusu baş məşqçi ilə bağlı yayılan xəbərlərdən məlumatlı idi. İnternetdən müəyyən məlumatlar alırdıq. Ancaq biz insana güvənirik. Baş məşqçi hansı qərarı verdisə, elə də olmalı idi. Biz də onu izlədik.
- “Qəbələ”dəki işiniz nədən ibarət idi?
- Əsas komandada qapıçılar üzrə məşqçi işləyirdim. Bacardığım işi görmək xoşuma gəlir. Bununla belə, “Çernomorets”dən Dmitri Bezotosnı da bizimlə birlikdə Qəbələyə getdi. Bir-birimizi çoxdan tanıyırdıq. O, hələ “Zaporojye”də mənim rəhbərliyim altında oynayıb. Hər şey yaxşı cərəyan etdi.
- “Qəbələ” ilə müqavilənizin şərtləri “Çernomorets”dəkindən nə qədər fərqlənirdi?
- "Qəbələ" ilə müqaviləmlə "Çernomorets"lə sözləşməmin şərtləri demək olar ki, eyni idi. Sadəcə, “Qəbələ”də maaş və digər ödənişlərdə gecikmə olmurdu. Bir sözlə, şikayət edə bilmərəm.
- Azərbaycan haqda fərqli fikirlər eşidirik. Bəziləri Azərbaycanın qonaqpərvər ölkə olduğunu, digərləri isə bunun əksini söyləyir. Siz bu ölkə haqda nə düşünürsünüz?
- Şəxsən Azərbaycanda hər şey mənim xoşuma gəldi. Həm ölkə, həm də insanların qonaqpərvərliyi ürəyimcə idi. Xüsusən də, komandada çalışan hər kəs qonaqpərvər davranırdı. Əminəm ki, orada çalışan heç kim hər hansı narahatçılıq hiss etməyib. Ona görə də Azərbaycan haqda yalnız xoş sözlər deyə bilərəm.
- Azərbaycanın 3 top-klubu - "Qəbələ", "Neftçi" və "Qarabağ" Ukrayna çempionatında çıxış etsəydi, turnir cədvəlində hansı yerləri tutardılar?
- Bu komandalar Ukrayna Premyer Liqasında layiqli mübarizə aparardılar. Əminəm ki, onlar avrokuboklara vəsiqə qazanmaq uğrunda yarışan Ukrayna komandaları ilə rəqabət apara bilərlər.
- Nəhayət, əsas suala gəlib çatdıq. Bu qış "Qəbələ"dən ayrılaraq "Çernomorets"ə keçməyinizə səbəb nə oldu?
- Yalnız ailə vəziyyətimlə əlaqədar "Qəbələ"dən ayrıldım. Başa düşürsüz, mən 1 il ərzində Azərbaycanda ailəmdən uzaqda yaşadım. Yaxınlarımın yanımda olmaq imkanı yox idi. Uşaqlar böyüyürdülər. Böyük övladım futbolla məşğul olur. Elə alındı ki, ailə bölünmək məcburiyyətində qaldı. Bu da məni qane etmirdi. Bacardığım qədər ailəmdən uzaq qalmağa dözdüm. Çünki avrokuboklarda çox önəmli matçlarımız var idi. Həmin vaxtda baş məşqçini və komandanı çətin vəziyyətdə qoymaq yaxşı olmazdı. Ona görə də Qriqorçukla danışdım və vəziyyəti ona izah etdim. Mən ailəmə qayıdacağımla bağlı söz vermişdim. Qriqorçuk da məni anladı və aramızda heç bir problem olmadı. Dediyim kimi mən yalnız ailəmin yanında olmaq istədim.
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri
İspaniya kralı Messini şam yeməyinə dəvət etdi
Skaloni razılıq verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
Fernandeş taktikanı tənqid etdi, Kerrik futbolçuları
"Real"ın böyükhesablı qələbəsi - Video
Çempionlar Liqasında həftənin oyunçusu kim olacaq?
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi - Video
“Sabah” 3 turdan sonra ÇL-də neçəncidir?
"Real" və "İnter"dən qələbə, Münhendə qalib aşkarlanmadı
“Qalatasaray”dan 4 qollu qələbə - Video