AFFA "Bakı"nın 6 xalını sildi

AFFA "Bakı"nın 6 xalını sildi
GÜNDƏM 13 Yanvar 2016 / 17:50 4163
-  A +

FİFA 11.01.2016-cı il tarixində AFFA-ya məktub ünvanlayaraq FİFA-nın Nizam-İntizam Komitəsinin “Bakı” klubu haqqında qərar qəbul etdiyini bildirib.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, “Bakı” klubu ilə həmin klubda çıxış etmiş futbolçu Adnan Barakat arasında bağlanmış müqavilə şərtlərinə klubun riayət etməməsi səbəbindən klubun cari mövsüm aktivindən 6 xal silinməsi göstərilib.

Yuxarıda göstərilənləri nəzərə alaraq, AFFA-nın İntizam Komitəsi aşağıdakı qərarı qəbul edib:

- Azərbaycan birinci divizion yarışlarında "Bakı"nın cari mövsüm aktivindən 6 xal silinib.
 
- 27 dekabr 2015-ci il futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin  “Titan”  – “Port Baku” matçı başa çatdıqdan sonra “Titan” klubunun 10 nömrəli futbolçusu Zaur Səmədov hakimə qarşı fiziki təzyiq göstərməyə cəhd etdiyinə görə 5 oyun cəzalanıb.

Daha çox


Son xəbərlər
09.11.25  22:42

Məşhur klub satılır