“Rəvan” “CBC Sport” kubokundan imtina etdi

“Rəvan” “CBC Sport” kubokundan imtina etdi
ÖLKƏ FUTBOLU 13 Yanvar 2016 / 17:35 3501
-  A +

Yaxşı günlərini yaşamayan  “Rəvan” klubu sabah strat götürəcək “CBS Sport” kubokundan imtina edib.

Bu barədə Qol.Az-a "CBC Sport"un informasiya xidmətinin baş redaktoru Şəmsəddin Abbasov məlumat verib.

Ötən gün 6 komandanın iki qrupda mübarizə aparmaq şərti ilə turnirin təqvimi tərtib edilmişdi. Ş.Abbasov qeyd edib ki, iştirakçı komandaların sayı 5 olduğu üçün turnir bir qrupda dairəvi sistem üzrə keçiriləcək.

Beləliklə,  “CBC Sport” kubokunda “Neftçi”, AZAL, “Neftçala”, “Şərurspor” və “İnter”in əvəzedicilərdən ibarət komandası iştirak edəcək.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner