“Xəzər Lənkəran” transferləri dondurdu

“Xəzər Lənkəran” transferləri dondurdu
GÜNDƏM 12 Yanvar 2016 / 13:35 6735
-  A +

“Xəzər Lənkəran” klubu futbolçu transferlərini dondurub.

Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlunun Qol.Az-a verdiyi məlumata görə, qış fasiləsi zamanı heç bir transferin olmayacağı da mümkündür.

“Baxışda bir neçə futbolçu var idi. Ancaq ola bilər ki, komanda mövsümün sonuna qədər akademiyamızın futbolçuları ilə mübarizə aparsın. İki gündən sonra klubun transfer siyasətinə aydınlıq gələcək” – deyə o qeyd edib.

Klub rəsmisi “Xəzər Lənkəran”ın yanvarın 14-də start götürəcək "CBC Sport Kuboku"nda iştirakdan imtina etdiyini də bildirib. Səbəb komandanın hazırlıqlarını Lənkərada davam etdirmək istəməsidir.

Daha çox


Son xəbərlər
09.11.25  22:42

Məşhur klub satılır