Vidadi Rzayev yenidən "Kəpəz"də

Vidadi Rzayev yenidən "Kəpəz"də
GÜNDƏM 12 Yanvar 2016 / 10:20 4706
-  A +

“Kəpəz”in sabiq baş məşqçisi Vidadi Rzayev yenidən doğma klubuna qayıdıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 48 yaşlı mütəxəssis 19 yaşlılardan ibarət komandanın baş məşqçisi təyin edilib.

O, bu postda Fuad İsmayılovu əvəz edib. Bununla belə, İsmayılov da komandanı tərk etməyib. O, Rzayevin köməkçisi təyin edilib. U-19 komandasında köməkçi məşqçi işləmiş Tofiq Məmmədov isə klubun
16 yaşlılardan ibarət komandasının baş məşqçisi olub.

Qeyd edək ki, Vidadi Rzayev müxtəlif vaxtlarda “Kəpəz”də məşqçi və baş məşqçi işləyib. Ötənlərin məşhur futbolçusu komanda birinci divizionda çıxış edərkən “sarı-göylər”in əsas çalışdırıcısı olub.

Daha çox


Son xəbərlər
09.11.25  22:42

Məşhur klub satılır