"Real" (Madrid) klubunun baş məşqçisi Zinəddin Zidan Kriştiano Ronaldonun komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Qol.Az-ın "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, Zidan "Real"da işləyəcəyi müddətdə portuqaliyalı futbolçunun komandada qalacağını deyib:
"Ronaldo satılmayacaq. O, komandanın ürəyi və ruhudur. Mən "Real"da işləyəcəyim müddətdə Ronaldo komandadan getməyəcək. Onun klubda xoşbəxt olmasını istəyirəm. Futbolçularımın oyun keyfiyyətinə ehtiyacı olduğunu görürəm və düşünürəm ki, hər şey yaxşı olacaq".
Qeyd edək ki, 2009-cu ildən "Real"da çıxış edən Ronaldonun mövsümün sonunda komandadan ayrılacağı iddia olunur.
Avroliqada pley-off günü
İtaliya da İnfantinoya üz çevirdi
Çempionlar Liqasının püşkatmasında yeni qayda
"Lion" - "Fənərbaxça" matçının heyətləri açıqlandı
“Mançester Yunayted” formalarını dəyişməli oldu
“Ayaks”la vidalaşdı, Belçikaya gedir
UEFA dünya çempionatı ilə bağlı qərarını dəyişir
Azərbaycan millisi Belçikaya məğlub oldu
“Qalatasaray” onu hədəfə aldı
FİFA referisi Elçin Məsiyevə növbəti təyinat