İsveç millisinin sabiq futbolçusu Fredrik Lyunberq məşqçilik karyerasına başlayıb.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, 38 yaşlı Lyunberq yenidən keçmiş klubu "Arsenal"a qayıdıb.
O, "Arsenal"ın U-15 komandasını çalışdıracaq. Bu barədə "tvitter" səhifəsində yazan Lyunberq bunları bildirib:
"Keyptaundakı son həftəmi keçirirəm. Daha sonra evimə "Arsenal"a qayıtdım. Orada U-15 komandasını çalışdıracam. Səbirsizliklə bu günü gözləyirəm".
Qeyd edək ki, ötən ay karyerasını başa vuran Lyunberqin son komandası Hindistanın "Mumbai Siti" klubu olub. 1998-2007-ci illərdə "Arsenal"da çıxış edən İsveç yığmasının sabiq üzvü keçirdiyi 317 oyunda 71 qol vurub.
Avroliqada pley-off günü
İtaliya da İnfantinoya üz çevirdi
Çempionlar Liqasının püşkatmasında yeni qayda
"Lion" - "Fənərbaxça" matçının heyətləri açıqlandı
“Mançester Yunayted” formalarını dəyişməli oldu
“Ayaks”la vidalaşdı, Belçikaya gedir
UEFA dünya çempionatı ilə bağlı qərarını dəyişir
Azərbaycan millisi Belçikaya məğlub oldu
“Qalatasaray” onu hədəfə aldı
FİFA referisi Elçin Məsiyevə növbəti təyinat