"Sumqayıt" daha bir futbolçunu heyətinə qatıb.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, son olaraq "Qəbələ"də çıxış etmiş yığmamızın üzvü Vaqif Cavadov mövsümün sonuna qədər komandada çıxış edəcək.
26 yaşlı futbolçu "Sumqayıt"da 70 nömrəli formanı geyinəcək.
2006-cı ildən Azərbaycan millisinin formasını geyinmiş Cavadov 57 qarşılaşmada meydana çıxıb və rəqib qapılarından 7 top keçirib.
Qeyd edək ki, "Sumqayıt" daha öncə "Rəvan"dan Kənan Manafovu heyətinə cəlb edib.
Avroliqada pley-off günü
İtaliya da İnfantinoya üz çevirdi
Çempionlar Liqasının püşkatmasında yeni qayda
"Lion" - "Fənərbaxça" matçının heyətləri açıqlandı
“Mançester Yunayted” formalarını dəyişməli oldu
“Ayaks”la vidalaşdı, Belçikaya gedir
UEFA dünya çempionatı ilə bağlı qərarını dəyişir
Azərbaycan millisi Belçikaya məğlub oldu
“Qalatasaray” onu hədəfə aldı
FİFA referisi Elçin Məsiyevə növbəti təyinat