Türkiyə millisinin futbolçusu Arda Turan "Barselona"nın heyətində ilk rəsmi oyununu keçirib.
Qol.Az-ın məlumatına görə, bu, İspaniya kubokunun 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Espanyol"la görüşə təsadüf edib.
Start heyətində meydana çıxan 28 yaşlı futbolçu 68-ci dəqiqədə əvəzlənib. "Barselona"nın baş məşqçisi Luis Enrike Ardanın əvəzinə xorvatiyalı futbolçu İvan Rakitiçi meydana buraxıb. Həmin dəqiqəyə qədər "Barselona" 3:1 hesabı ilə öndə olub.
Qeyd edək ki, mövsümün əvvəlində "Atletiko"dan "Barselona"ya keçən Arda Turan FİFA-nın Kataloniya təmsilçisinə tətbiq etdiyi transfer qadağası səbəbindən yanvar ayına qədər komandasına kömək edə bilməyib.
Avroliqada pley-off günü
İtaliya da İnfantinoya üz çevirdi
Çempionlar Liqasının püşkatmasında yeni qayda
"Lion" - "Fənərbaxça" matçının heyətləri açıqlandı
“Mançester Yunayted” formalarını dəyişməli oldu
“Ayaks”la vidalaşdı, Belçikaya gedir
UEFA dünya çempionatı ilə bağlı qərarını dəyişir
Azərbaycan millisi Belçikaya məğlub oldu
“Qalatasaray” onu hədəfə aldı
FİFA referisi Elçin Məsiyevə növbəti təyinat