"Maraqlı oyun keçdi. Görüşə yaxşı başlamadıq. Amma sonradan futbolçular özlərinə gəldilər".
Qol.Az-ın "Futbolxeber.az"a istinadən verdiyi məlumata görə, bu sözləri U-17 millimizin baş məşqçisi Təbriz Həsənov deyib.
17 yaşlılardan ibarət millimiz Valentin Qranatkinin xatiəsinə həsr olunmuş turnirin ilk matçında Latviya ilə 1:1 heç-heçə oynayıb. Həsənov görüş haqda bunları söyləyib:
"Hər iki komanda qələbə qazana bilərdi. Sonda qol vurmaq üçün həm bizim, həm də rəqibin şansı oldu. Rəqib futbolçular ucaboy olmalarından faydalanırdılar. Birinci oyunlarda hər zaman həyəcan, gərginlik olur. Digər tərəfdən futbolçularımız ilk dəfədir ki, belə turnirdə iştirak edirlər. Növbəti oyunda daha yaxşı çıxış edəcəyik”.
Avroliqada pley-off günü
İtaliya da İnfantinoya üz çevirdi
Çempionlar Liqasının püşkatmasında yeni qayda
"Lion" - "Fənərbaxça" matçının heyətləri açıqlandı
“Mançester Yunayted” formalarını dəyişməli oldu
“Ayaks”la vidalaşdı, Belçikaya gedir
UEFA dünya çempionatı ilə bağlı qərarını dəyişir
Azərbaycan millisi Belçikaya məğlub oldu
“Qalatasaray” onu hədəfə aldı
FİFA referisi Elçin Məsiyevə növbəti təyinat