Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) geridə qalan 2015-ci ilin ən yaxşı hakimlərinin adlarını açıqlayıb.
Qol.Az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, italiyalı referi Nikola Ritsoli səsvermədə 80 xalla hamını qabaqlayıb.
Bununla da, o, ardıcıl ikinci dəfə dünyanın ən yaxşısı seçilib. İngiltərəli Martin Atkinson 72 xalla ikinci, türkiyəli referi Cüneyt Çakır isə 71 xalla üçüncü olub.
2015-ci ilin ən yaxşı 10 hakiminin siyahısı belədir:
1. Nikola Ritsoli (İtaliya) 80 xal
2. Martin Atkinson (İngiltərə) 72 xal
3. Cüneyt Çakır (Türkiyə) 71 xal
4. Feliks Brix (Almaniya) 59 xal
5. Byorn Kupers (Hollandiya) 35 xal
6. Mark Klattenburq (İngiltərə) 24 xal
7. Vilmar Roldan (Kolumbiya) 21 xal
8. Conas Erikson (İsveç) 14 xal
9. Karlos Velasko Karbalyo (İspaniya) 11 xal
10. Ben Uilyams (Avstraliya) 6 xal
Avroliqada pley-off günü
İtaliya da İnfantinoya üz çevirdi
Çempionlar Liqasının püşkatmasında yeni qayda
"Lion" - "Fənərbaxça" matçının heyətləri açıqlandı
“Mançester Yunayted” formalarını dəyişməli oldu
“Ayaks”la vidalaşdı, Belçikaya gedir
UEFA dünya çempionatı ilə bağlı qərarını dəyişir
Azərbaycan millisi Belçikaya məğlub oldu
“Qalatasaray” onu hədəfə aldı
FİFA referisi Elçin Məsiyevə növbəti təyinat