"İnter" Vüqar Nadirovla danışıqlar aparır

"İnter" Vüqar Nadirovla danışıqlar aparır
ÖLKƏ FUTBOLU 28 Dekabr 2015 / 17:32 5651
-  A +

“Qəbələ”dən ayrılan milli komandamızın üzvü Vüqar Nadirov Bakı “İnter”ində çıxış edə bilər.

Klubun mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, 28 yaşlı hücumçu “bankirlər”lə danışıq aparır.

Yaxın günlərdə onunla müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, ötən mövsümün sonunda “Qarabağ”dan ayrılan Nadirov “Qəbələ”yə keçsə də, bölgə klubunun heyətində heç bir rəsmi oyuna çıxmayıb.

Daha çox


Son xəbərlər