“Qəbələ”nin aparıcı üzvü Aleksey Qay “Zirə” ilə oyundan (0:1) sonra müsahibəsi
- “Qəbələ” yenə də uduzdu. Komandada nə baş verir?
- Uğursuzluğun səbəbini dəqiq bilmirəm. Bilsəydim, mütləq söyləyərdim. Bu futboldu və belə hallar olur. Oyunda istənilən nəticənin qeydə alınması mümkündür. Hazırda komanda birlik nümayiş etdirməlidi. Hər birimiz digərinə arxa-dayaq olmalıdı. Bu mövsüm böyük uğurlara imza atmışıq. Bu vəziyyətdən də birgə çıxmalıyıq.
- Bəlkə “Qəbələ” Avroliqada çox güc sərf edib və hazırda komandanın fiziki cəhətdən çatdırmır?
- Yox, razı deyiləm. Götürək “Zirə” ilə oyunu. 90 dəqiqə ərzində üstünlük bizim tərəfimizdə idi. Qol vurmaq üçün şanslarımız da oldu, amma onlardan yararlana bilmədik. Bəhanə gətirmirəm. Fakt budur ki, ardıcıl xallar itiririk. Lakin xal itkilərini fiziki yorğunluqla əlaqələndirməzdim.
- “Zirə” ilə oyunda ərazi üstünlüyü “Qəbələ”də olsa da, etiraf et ki, rəqibin qol vurmaq üçün şansları daha çox oldu...
- Birinci hissədə qapımızda qol gördük. Bu səbəbdən də fasilə fərqli oyun üslubuna keçdik. Hesabda geridə olduğumuzdan daha böyük qüvvəylə irəli atıldıq. Belədə müdafiədə boşluqlar yaranırdı və rəqibin əks-hücumlarda ardıcıl qol epizodları yaratması normaldı. Nəzərə almaq lazımdır ki, “Zirə”nin heyətində sürətli və texnikalı futbolçular var.
- Turnir cədvəlindəki vəziyyət sizə təzyiq göstərir?
- Düzünü deyim ki, hazırda turnir cədvəli ilə maraqlanmıram. Heç, neçənci yerdə olduğumuzu da dəqiq bilmirəm. Uğursuz oyunlarımızı götür-qoy etdikdə, düşünürəm ki, biz uduzduğumuz rəqiblərdən çox özümüzlə mübarizə aparmışıq. Çatışmazlıqları aradan qaldırmalıyıq.
- 17 tur ərzində itirilən xallar mövsümün ikinci yarısında “Qəbələ”nin çempionluq uğrunda mübarizə aparmasına təsir göstərəcək?
- Təbii ki, itki hər zaman itkidi, qazanılan qələbə həmişə 3 xaldı. Ancaq heç vaxt bilmirsən ki, hansı oyunda qalib gəlib, hansında xal itirəcəksən. İkinci dövrənin son turunda “Qarabağ”la qarşılaşacağıq. Üstəlik, üçüncü və dördüncü dövrə də var. Hesab edirəm ki, çempionluq şansımız qalır və bundan maksimum yararlanmağa çalışacağıq. Bir şərtlə ki, fasilədən sonra uğurlu nəticələrə imza ataq.
Mənbə: futbolxeber.az
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri
İspaniya kralı Messini şam yeməyinə dəvət etdi
Skaloni razılıq verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
Fernandeş taktikanı tənqid etdi, Kerrik futbolçuları
"Real"ın böyükhesablı qələbəsi - Video
Çempionlar Liqasında həftənin oyunçusu kim olacaq?
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi - Video