Azərbaycanı və "Qəbələ" İdman Klubunu beynəlxalq arenada təmsil edən kikboksinqçimiz Pərviz Abdullayev kikboksinq tariximizdə ilk dəfə bu idman növü üzrə mötəbər turnirdə - "Glory World Series"də çıxış edəcək.
Qol.Az-ın məlumatına görə, bu gün keçirilən mətbuat konfransında idmançı bildirib ki, məqsədi turnirin qalibi olmaqdır:
"Glory 26"da işitirak etmək əsas məqsədim idi. "Glory-25"də də iştirak edə bilərdim. Lakin sonradan qərara alındı ki, Amsterdamdakı "Glory-26"da iştirak edim. Fəxr edirəm ki, belə bir mötəbər turnirdə Azərbaycanı və Qəbələ İdman Klubunu təmsil edəcəm. Məqsədim çempion olmaqdır və inanıram ki, bunu bacaracam. "Glory" 70 kq çəki dərəcəsində olan bir döyüşdür. Qələbə qazansam, "Glory" ilə bir illlik müqavilə imzalaya bilərəm. Rəqibim mərakeşli idmançı Əziz Kalladır. O, yaşda və təcrübədə məndən zəif ola bilər. Amma turnirdə iştirak edirsə, demək ki, güclü idmançıdır. Həm də Hollandiya məktəbinin yetirməsidir.
Qəbələ İdman Klubu tərəfindən bizə çox yaxşı şərait yaradılıb. "Glory"nin gələcəkdə Aərbaycanda keçirilməsi də planlaşdırılır. Əsas məqsəd müqavilə imzalamaqdır. Bunun üçün yaxşı döyüş göstərmək lazımdır. "Glory" tam fərqli bir döyüşdür. Onlar bir qədər şou xarakterli döyüşü sevirlər. Bu yarışda Azərbaycanı təmsil edəcəm. Amma klub olaraq Qəbələ İdman Klubunun adı çəkilir".
İlk olaraq İtaliyanı təmsil edən erməni idmançı ilə döyüşməli olduğunu bildirən Pərviz Abdullayev sonradan rəqibinin dəyişdirildiyini vurğulayıb:
"İlk olaraq İtaliyanı təmsil edən erməni idmançısı Qaqo Draqo ilə görüşməliydim. Amma sonradan rəqib dəyişdirildi və Əziz Kalla ilə görüşəcəm. Bütün döyüşü hücumda keçirmək lazımdır ki, qələbəyə yaxın olasan. Oktyabr ayında Rumıniyada Serbiya idmançısı ilə qarşılaşdım. O döyüş də "Glory"yə hazırlığın bir parçası idi. Bundan sonrada hazırlığıma ara vermədim. İnanıram ki, hər şey yaxşı olacaq. Heç nəyi şansa buraxmaq lazım deyil. Yarış "Amsterdam Arena"da keçiriləcək. Bu yarışa böyük maraq var. Bir ay öncədən bütün biletlər demək olar ki, satılıb. Amsteramda çox yarışlarda iştirak etmişəm. Oradakı azərbaycanlılar da məni yaxşı tanıyır və inanıram ki, məni yaxşı dəstəkləyəcəklər".
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Arsen Venger Bakıya gəldi
“Əbədi qəlbimizdə” - Şəkil
"Real" Arda ilə yeni müqavilə imzaladı
Famil Xəlilov: “Məqsədimiz təkcə nəticə deyil”
Konfrans Liqasında gecənin nəticələri
"Beşiktaş" və "Yuventus"dan heç-heçə, "Milan" uduzdu
Bruno Fernandeşin evi qarət edildi
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı