“Qarabağ”ın futbolçusu Coşqun Diniyev Qol.Az saytına müsahibə verib. O, milli çempionatın son turunda “Zirə”yə qalib gəldikləri matç və Avroliqada “Monako” ilə keçirəcəkləri oyun haqda fikirlərini bölüşüb.
- Premyer Liqamızın son turunda cari mövsüm kifayət qədər yaxşı çıxış edən “Zirə”ni böyük hesabla məğlub etdiniz.
- “Zirə” çempionat başlayandan məğlub olmamışdı. Ona görə də əvvəlcədən çətin matç olacağını bilirdik. Amma həmin oyuna ciddi hazırlaşmışdıq. Yeni stadionumuzda ilk qələbəmizi qazanmaq istəyirdik ki, buna da nail olduq.
- Demək olarmı “Qarabağ” erkən vurulan 3 qolla matçın taleyini artıq ilk hissədə həll etdi?
- Yox. Üç qol vursaq da, “Zirə” elə bir komandadır ki, matçın sonuna doğru bizi cəzalandıra bilərdi. Sadəcə birinci hissədə əlimizə düşən fürsətlərdən maksimum istifadə etdik və oyunun sonuna kimi mübarizə apardıq.
- Amma komandanız ilk hissəyə nisbətən ikinci yarıda topu daha çox özündə saxlamağa çalışırdı.
- “Qarabağ”ın oyun üslubu belədir. Əgər biz hesabda irəlidəyiksə, arxada paslaşaraq top saxlamağa çalışırıq. “Zirə” ilə oyunda hesab bizi qane etdiyi üçün daha çox topa nəzarət edib, imkan düşdükcə hücuma atılmağa çalışırdıq. Ola bilər ki, bəzi futbolçularımızda yorğunluq hiss olunurdu deyə hücuma o qədər də meyl etmirdik.
- Demək olarmı çempionatda yeganə ciddi rəqibiniz “Qəbələ”dir?
- İndidən bu haqda danışmaq tezdir. Amma “Qarabağ” və “Qəbələ” arasında ciddi rəqabət gedəcəyi açıq-aşkar görünür. Çalışacağıq ki, bu mübarizədən qalib ayrılaq.
- Yəqin ki, çempionatın iddialı klublarından birini böyük hesabla məğlub etmək Avroliqada oynayacağınız “Monako” matçı öncəsi komandaya yaxşı motivasiya verəcək.
- Artıq bütün diqqətimizi “Monako” ilə oyuna yönəltmişik. Çalışırıq ki, səfərdəki oyunda yaxşı nəticə əldə edək.
- “Monako” Fransa çempionatında elə də yaxşı çıxış etmir. Bu amil “Qarabağ”ın işinə yaraya bilərmi?
- “Monako” çempionatda yaxşı çıxış etməyə bilər. Amma bu klubun adı və böyük tarixi var. Ona görə də çox çətin bir oyun olacaq. Üstəlik də səfərdə oynayırıq. Artıq rəqibi təhlil etməyə başlamışıq. İnanıram ki, bizim üçün ən yaxşısını etməyi bacaracağıq.
- Rəqibin adını və tarixini xüsusi qeyd etdin. Nəzərə alsaq ki, ötən mövsüm “Qarabağ”ın heyətində olmasan da, komandamız 9 qat Fransa çempionu “Sent Etyen”ə 2 oyunun heç birində məğlub olmadı.
- İndi futbolda ad böyük rol oynamır. İstənilən rəqibə qarşı oynamaq olar. 90 dəqiqə ərzində hansı komanda daha mübariz futbol sərgiləsə, qalib gələ bilər.
- Futbol kollektiv oyun olsa da, elə futbolçular var ki, oyunun taleyini həll etməyə qadirdir. Milli komandamızın İtaliya ilə oyunundan sonra Maksim Medvedev və digər futbolçular qeyd etdi ki, “Monako”lu Əl- Şəəravini dayandırmaq çətin idi. “Monako”da Əl- Şəraavi ilə yanaşı belə futbolçular çoxdur.
- Həqiqətən də onlar dünya futbolunun ulduzlarıdır. Göstərdikləri futbol da göz qabağındadır. Amma Əl-Şəraavi və digərləri qarşısıalınmaz futbolçular deyillər. Onlara qarşı oynamaq olar.
- Yəni hesab edirsən ki, Əl- Şəraavi “Qarabağ” üçün qorxulu deyil?
- Qorxulu deyil. Düzdü çox güclü futbolçudu. Amma komanda halında oynasaq, Fransadan istədiyimiz nəticə ilə qayıda bilərik.
- Reynaldo “Monako” ilə matçda olmayacaq. Yəqin razısan ki, onun yoxluğu oyununuza təsir göstərəcək.
- Əlbəttə. Amma bu fakt komandamızın qarşıdakı matça istədiyi şəkildə köklənməsinə mənfi təsir göstərməyəcək. Reynaldonu meydanda layiqli əvəz edəcək futbolçularımız var. Bunu baş məşqçimiz Qurban Qurbanov da bildirib.
- Çumbinyo da artıq meydana qayıdıb.
- “Qarabağ”a gələndən zədəli olduğu üçün onunla bir yerdə oynamamışdım. Çumbinyo ilə bir komandada oynamaqdan qürur duyuram.
Ergün SEYİD
"Barselona"dan ayrılır
Musialanın PSJ ilə oyunda ayağı qırıldı - Şəkil
"İmişli" daha bir oyunçunun keçidini açıqladı
"Neftçi"dən yeni transfer - Rəsmi
"Qəbələ" növbəti transferini rəsmən açıqladı
Emrelinin komandası iki yoxlama oyununda uduzdu
Ulduz futbolçunun dəfnindən - Şəkillər
Kurban Berdıyev özünə üç nəfər yeni köməkçi gətirdi
"Çelsi" yeni transferini açıqladı
“Qarabağ”ın sabahı İsveçdə
"Zirə" Türkiyəyə yollandı - Şəkillər
Jotanın dəfnində Santuş da iştirak etdi
"Kəpəz"dən yeni transfer - Rəsmi
"İnter" Ter Ştegeni pulsuz ala bilər
Daha bir boksçumuz bürünc medalla kifayətləndi
Kayl Uoker bu kluba keçdi - Rəsmi
Azərbaycan boksçusundan bürünc medal
"Mançester Yunayted"də 18 yaşlı futbolçu
"İnter" hücumçu aldı
Xabi Alonso Arda Gülerdən danışdı
O pulu ailəsi alacaq
"Qalatasaray" onunla yolları ayırdı
"Kəpəz" ilk transferini açıqladı
Uilyamsın "Barselona"ya keçməməsinin səbəbi məlum oldu
Hara gedirsən, Benzia?
"Çelsi"ni 1/2 finala aparan qələbə - Video
Messi "İnter Mayami"də qalır
Arda Turan “Şaxtyor”da debüt oyununa çıxdı
Onlar da DÇ-2025-də yarımfinalçı oldular
“Zirə”nin rəqibindən növbəti qələbə
“Transferlər mənim nəzarətim altındadır” - Samir Abasov
Uolkerin yeni klubu bəlli oldu
"Qəbələ" növbəti transferini rəsmən açıqladı - Yenilənib
UEFA "Barselona", "Çelsi" və digər klubları cərimələdi
"Neftçi"dən ayrıldı, "İmişli"yə keçdi - Rəsmi
"Real" futbolçularına 1 milyonluq mükafat vəd etdi
"Mançester Yunayted" 4 oyunçusu ilə yollarını ayırır
Fatih Terimin yerinə onu təyin etdilər
"Barselona" Niko Uilyamsla əlaqəni kəsdi
"İmişli" yayda 7 yoxlama oyunu keçirəcək
“Araz-Naxçıvan”ın rəqibi yoxlama matçında uduzdu
"Arsenal" yaponiyalı futbolçusu ilə yolları ayırdı
"Yuventus" kanadalı hücumçu transfer etdi
"Atletiko"nun futbolçusu "Betis"ə keçdi - Rəsmi