"Bizim üçün yaxşı oyun idi. Əsas məqsədimiz 3 xal qazanmaq idi ki, buna da nail olduq".
Qol.Az-ın məlumatına görə bu sözləri jurnalistlərə açıqlamasında “Kəpəz”in futbolçusu Julien Ebah Azərbaycan Premyer Liqasının 8-ci turunda “Rəvan”a qalib gəldikləri oyundan (2:0) sonra deyib.
Kamerunlu futbolçu vurduğu qolun onun üçün önəmli olduğunu bildirib: "Artıq iki oyundur qələbə qazanırıq. Əsas odur ki, bu seriyanı davam etdirək. Mənim üçün qol vurmaq çox önəmli idi, çünki “Rəvan”la matç Azərbaycan Premyer Liqasında mənim ikinci oyunum oldu. İlk matçda 20 dəqiqə oynadım, qol vura bilməsəm də, yaxşı çıxış etdim. İkinci oyunumda vurduğum qol məni daha da ruhlandıracaq, çalışacam ki, daha da yaxşı oyun göstərim".
Ebah qol sevincini baş məşqçisi Şahin Diniyevlə paylaşmağına belə münasibət bildirib: "Komandaya yeni gəlmişdim. İlk vaxtlarda komandaya uyğunlaşmaqda baş məşqçi mənə çox kömək etdi. Həm məşqlərdə, həm məşqlərdən kənar mənimlə söhbət edirdi. Şahin Diniyev mənə komandada yeni olduğumu unutdurdu".
Forvard oyundan sonra azarkeşlərlə "selfie" çəkdirməyinə də münasibət bildirib: "Bu, hər bir futbolçu üçün vacibdir. Azarkeşlərimiz möhtəşəm idi. Onlar mənə xüsusi dəstək verdilər, karyeramda ikinci dəfə idi ki, ilk oyunlardan özümü sevdirə bilmişəm. Həmin an ağlamaq istəyirdim. Onu əminliklə deyə bilərəm ki, "Kəpəz" artıq mənim ailəmdir. Ev oyunlarında stadiona 20 mindən çox azarkeşin gəlməsi bizim oyuna köklənməyimiz baxımından önəmlidir. Azarkeş çox olanda futbolçuların da məsuliyyəti artır".
Bu gecə "El-Klasiko" var
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?