“Zirə” klubunun baş məşqçisi Adil Şükürovun Qol.Az saytına müsahibəsi
- Əvvəlcə “Zirə”nin 7 turdan sonra göstərdiyi nəticəni dəyərləndirmənizi istərdik. Komandanız debütant olsa da, yalnız “Qarabağ” və “Qəbələ”dən geri qalır.
- Geridə qalan turlar bizim üçün çox ağır oldu. Oyundan-oyuna istədiklərimizi futbolçulardan almağa başladıq. Buna baxmayaraq, böyük çatışmazlıqlar var ki, indi onları aradan qaldırmağa çalışırıq. Ümumi götürəndə bu günə qədər olan nəticələrdən razıyam.
- Böyük çatışmazlıq deyəndə nəyi nəzərdə tutursuz?
- Əsasən müdafiədə olan səhvlərdir ki, güclü komandalar bunu bağışlamır.
- Ancaq “Zirə” 7 oyuna qapısından cəmi iki top buraxıb.
- Bəli, iki qol buraxmışıq, amma bütün oyunlarda rəqiblərə imkan yaratmışıq ki, bizə qol vursunlar. Əgər bu gün biz Premyer Liqada möhkəmlənmək istəyiriksə, ilk növbədə müdafiəyə fikir verməliyik. Amma biz hücumda yaxşı oynasaq da, müdafiədə boşluqlar olur.
- Debütant komandanın 7 turdan sonra göstərdiyi bu nəticə sizin üçün gözlənilən idi?
- Bizim futbolçuların hamısının potensialı var. Ancaq onların əksəriyyəti əvvəlki klublarında daima oynamırdılar. İndi onlara bu şansı veririk. Uşaqlarda istək çoxdur. Azərbaycanlı futbolçulara daha çox şans verməyi məqsədəuyğun sayırıq. Hər bir məşqçi öz komandasına güvənir. Mən də inanırdım ki, komandamız Premyer Liqaya uğurlu start verəcək.
- Yay trasfer dönəmində heyətinə ən çox futbolçu cəlb edən komandalardan biri “Zirə” oldu. Bu gün həmin transferlərdən yetərincə yararlana bilirsiniz?
- Qarşıda 29 çempionat oyunu var. Biz bu görüşlərdə eyni heyətdən istifadə edə bilmərik. Təbii ki, lazım olduqca hər bir futbolçunun xidmətindən yararlanacağıq. İlk dövrə başa çatmamış artıq 15 yeni futbolçudan istifadə etimişik.
- Diqqət çəkən məqamlardan biri də “Zirə”nin hələ ki, çempionatda uduzmamasıdır. Bunun xüsusi səbəbi varmı?
- Xüsusi bir səbəbi yoxdur. Düzdür, komandamızın müdafiədə xəttində boşluqlar olduğunu qeyd etdim. Ancaq hələ ki, komanda şəklində müdafiə olunmaq və hücuma keçmək bizdə yaxşı alınır. Ən əsası hücum xəttimizin yaxşı oyunu rəqiblər üçün çətinlik yaradır. Uduzmamağımız növbəti görüşlərin hazırlığına da müsbət təsir edir.
- Hələ ki, “Qarabağ” və “Qəbələ” ilə qarşılaşmamısınız. Demək olarmı “Zirə”nin əsl gücü elə bu oyunlardan sonra bilinəcək?
- Bəli, biz çətin oyunlara doğru gedirik. Biz indi özümüzü təsdiqləmə dövründəyik. Yəni qazandığımız nəticələri qorumalı, bunun təsadüf olmadığı sübut etməliyik. Qazandıqlarımızı qorumağa çalışmalıyıq. Mümkün qədər də xalımızın üzərinə xal gətirməliyik. Biz oyundan-oyuna inkişaf etməyə çalışırıq. “Xəzər Lənkəran”la qarşılaşmadan sonra bizə dedilər ki, sizi “Neftçi” ilə oyun gözləyir. “Neftçi”yə qalib gəlməyi bacardıq.
- Sabah daha çətin - lider “Qarabağ”la oyununuz var. “Zirə” son çempiondan da xal ala bilər? Xatırladım ki, “Qarabağ”ın bir neçə aparıcı üzvü zədə səbəbindən sabah meydana çıxa bilməyəcəyi gözlənilir.
- “Qarabağ” bu gün Azərbaycanda örnək götürüləsi komandadır. Çalışırıq ki, belə komandaya qarşı bütün gücümüzü ortaya qoyaq. Həm məşqçilərimiz, həm də futbolçularımız “Qarabağ”dan nələrisə öyrənməlidir. Əlbəttə, “Qarabağ”dan da xal almağa çalışacağıq. Dediyim kimi, qazandıqlarımızda kifayətlənməli deyilik. Rəqibin kimliyindən asılı olmayaraq çalışırıq ki, hər oyunda xal qazanaq.
- Hiss olunur ki, müəyyən yaxşı göstəricilərinə baxmayaraq, komandadan daha çox gəzləntiniz var.
- Bəli, göz qabağında olanlar insanı aldada bilər. Düzdür, bu gün “Zirə” 7 turdan sonra 15 xalla üçüncü pillədədir. Uduzmayıb, qapısından cəmi iki top buraxsa da, bu, yetərli deyil. Düzdür, iki ayın komandası üçün yaxşı göstəricidir. Bununla belə, çempionatda davamlı olaraq yaxşı yerlərdə qalmaq istəyiriksə, çox şeyi dəyişməliyik. Həm oyun, həm də nəticə baxımından bundan da yaxşısına nail olmalıyıq.
- “Zirə”nin uğurlu çıxışları qarşıya qoyulan hədəfləri artırıbmı?
- Bugünkü durum bizi aldatmamalıdır. Biz indi komandadan tələb edə bilmərik ki, avrokuboklara vəsiqə qazanmaq lazımdır. Bu, absurd olar. İki ayın komandası nəyi bacarırsa, onu tələb edə bilərik. Fikrimiz yayınmamalıdır. Çempionatın əvvəlində qarşımıza məqsəd qoymuşduq ki, Premyer Liqada möhkəmlənək. Bu mövsüm bunu bacarsaq, gələn il rəhbərlik tərəfindən qarşımıza konkret hədəflər qoyulacaq.
- Çempionatda ilk dövrə başa çatmaq üzrədir. Artıq bütün komandalar bir-birini tanıdı. Qarşıdakı turlarda “Zirə” üçün daha çətin olacağını demək olar?
- İlk dövrədə rəqiblər “Zirə”ni tanımırdı. Heç kim bilmirdi ki, biz necə oynayırıq. Biz isə bütün komandalara bələd idik. Ancaq getdikcə hiss olunur ki, bizə qarşı münasibət də dəyişir, komandaların hazırlığı da. Buna görə də istənilən halda bizi daha çətin oyunlar gözləyir.
Ramiq AĞAMƏMMƏDOV
"Şamaxı"da 8-ci ayrılıq
Haaland hamını geridə qoydu
"Barselona"nın yetirməsi klubdan gedə bilər
Neymar DÇ-2026-ya qədər meydana çıxmayacaq
Panama millisinin DÇ-2026 üçün yekun heyəti
İkardi vətəninə qayıdır?
Premyer Liqada heç bir matçı buraxmadı
İtaliya A Seriyasında antirekorda imza atdı
"Turan Tovuz"un futbolçusu dünya çempionatına yollanır
Baş məşqçidən sonra onlar da klubdan getdi
"Sabah" qapıçısı ilə müqaviləni yenilədi
"Trabzonspor" Şimanskini transfer edə bilər
"Çelsi" futbolçusundan narazıdır
Millini DÇ-2026-ya aparan qol belə əbədiləşdirildi - Şəkil
Mövsümün ən çox izlənən matçı
"Səbail"in məşqçisinə və futbolçularına cəza
"Borussiya" Türkiyə millisinin üzvünü göndərdi
"Şamaxı" 5 futbolçu ilə vidalaşdı
"Neftçi"dən 3 futbolçu getdi - Abubakar da var
“Sabah” onunla müqaviləni uzatmadı
"Sevilya"dan getdi
“Araz-Naxçıvan” Demçenko ilə yolları ayırdı
"Neftçi"nin futbolçusunun cəzası məlum oldu
Azərbaycan qadın millisinin heyəti açıqlandı
"Sabah"ın futbolçusu DÇ-2026 üçün geniş heyətdə
Hakimin bu skandal qərarı gündəm oldu - Video
"Milan" Konteni hədəfə aldı
"Neftçi"nin futbolçusu Kipr klubuna keçdi
"Bu mövsümü "Zirə" üçün uğurlu saymaq olar" - Aydın Bayramov
Əfran İsmayılov vitse-prezident təyin edildi
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşdı
"Qarabağ"dan mövsümün azarkeş rekordu
"Sumqayıt" Saşa İliçin ayrılığını açıqladı