Bu gün Azərbaycan Premyer Liqasının VIII turun oyunlarına start verilib.
Qol.Az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında "Rəvan" və "Kəpəz" komandaları üz-üzə gəlib. Turnir cədvəlinin son pilləsində qərarlaşan "Rəvan" bu oyundan qalib ayrılmaqla cari mövsümdə ilk qələbəsini qazanmağa çalışacaqdı ki, buna nail olmayıb.
Komandalar fasiləyə qolsuz bərabərliklə yollanıb. İkinci hissədə "Rəvan"ın 3 futbolçusu meydandan qovulub. Rəqibini 2:0 hesabı ilə məğlub edən "Kəpəz" turnir cədvəlində bir pillə irəliləyib.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 8-ci tura bazar günü keçiriləcək iki oyunla yekun vurulacaq.
16 oktyabr (cümə)
Azərbaycan Premyer Liqası, 8-ci tur
20:30. “Rəvan” – “Kəpəz” - 0:2
Qollar: Julien Ebah, 48 (0:1), Junior Osvaldo, 52 (0:2)
Qırmızı vərəqə: Kənan Manafov, 59, Novruz Məmmədov, 87 Orxan Lalayev, 90 (hər üçü "Rəvan")
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mübariz Haşımov, Munis Abdullayev
“Bayıl Arena”.
17 oktyabr (şənbə)
15:30. “Neftçi” – “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Rəvan Həmzəzadə
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionuş
18:00. “Qarabağ” – “Zirə”
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Nahid Əliyev, Ramil Əhmədov
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu.
18 oktyabr (bazar)
18:00. “Xəzər Lənkəran” – AZAL
Hakimlər: Elvin Əsgərov, Mehman Mahmudov, Cavanşir Yusifov, Ziya Nəsirov
“Xəzər Lənkəran” mərkəzi stadionu.
20:00. “Sumqayıt” – “İnter”
Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Elman Musayev, Nail Nağıyev
Sumqayıt şəhər stadionu.
Turnir cədvəli
Bu gecə "El-Klasiko" var
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı