UEFA "Qəbələ" klubunun Avropa Liqasındakı oyunlarından öncə "Bakcell Arena"dan istifadəyə qadağa qoyub. Qol.Az-ın "Report"a istinadən yaydığı məlumata görə, qadağa meydanın ot örtüyünün vəziyyəti ilə bağlı olub.
Örtüyün yüklənmə nəticəsində ağır duruma düşəcəyi qənaətinə gələn qurum nümayəndələri arenada Avroliqa ərəfəsində Azərbaycan Premyer Liqası matçlarının keçirilməsinə icazə verməyib. Bu səbəbdən, VIII turun "Neftçi" - "Qəbələ" matçı "Bakcell Arena"da deyil, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək.
UEFA hələ "Qəbələ"nin sentyabrın 17-də Yunanıstan PAOK-u ilə keçirdiyi ilk tur matçından öncə bu stadiondan istifadə edilməsini məqsədəuyğun saymayıb. Amma qitə futbol qurumu həmin ərəfədə - sentyabrın 3-də heç də az əhəmiyyət kəsb etməyən AVRO-2016-nın seçmə qrup mərhələsinin Azərbaycan - Xorvatiya oyununun "Bakcell Arena"da keçirilməsinə mane olmaq istəməyib.
Qeyd edək ki, "Qəbələ" Avroliqada növbəti ev oyununu oktyabrın 22-də Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə keçirəcək. Bu görüşdən 5 gün öncə isə "qırmızı-qaralar" İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda "Neftçi"nin qonağı olacaq.
Bu gecə "El-Klasiko" var
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı