Milli komandamızın üzvü Rahid Əmirquliyev “Avro-2016”nın seçmə mərhələsində Bolqarıstana məğlubiyyətdən (0:2) sonra Qol.Az-ın Sofiyaya ezam olunmuş müxbirinin suallarını cavablandırıb
- Millimiz Bolqarıstana tam fərqli istəklə gəlmişdi. Komandamızdan ən azı yaxşı oyun gözləyirdik. Ancaq bunu da görmədik. Səbəb nədir?
- Biz də seçmə mərhələsinin son oyununda qələbə qazanmaq istəyirdik. Səfərdə oynamağımıza baxamayaraq yalnız üç xal haqda düşünürdük. Bizim üçün çox ağır oyun oldu. Demək olar ki, Prosineçkinin gəlişindən sonra ən zəif oyunumuzu oynadıq. Bilmirəm, bizə nə olmuşdu. Heç nə alınmırdı. Nə hücum edə, nə də top saxlaya bilirdik.
- Oyundan sonra baş məşqçi hansı səhvlərinizin olduğunu dedi?
- Matçdan dərhal sonra oyunu analiz edə bilmirik. Bircə onu deyə bilərəm ki, çox zəif oynadıq.
- Sanki komandamızda istək yox idi. Rəqib daha istəkli görünürdü.
- Düzdür, rəqib öz meydanında oynayırdı. Onlar da seçmə mərhələni qələbə ilə başa vurmaq istəyirdi. Ancaq inanmıram ki, komandamız meydana istəksiz çıxmışdı. Sədəcə, bizdə heçnə alınmadı. Nə qədər çalışsaq da, oyunun gedişini dəyişə bilmədik. Özümüzə bənzəmirdik.
- İstək vardısa, onda komandamızın bacardığı bu qədərdir?
- Yox, sizinlə razı deyiləm. Bundan yaxşı oynamağa qadirik. Elə bu seçmə mərhələdəki oyunlarımıza diqqət yetirsək, görərik ki, biz bu cür oyuna layiq deyilik. Sanki bizi günümüz deyildi. Futbolçularımızın heç birinin oyunu alınmadı. İtaliya ilə ağır matçın yorğunluğu da buna səbəb ola bilər. Həmin görüşdə çox qüvvə itirdik.
- Ümumiyyətlə, millimiz seçmə mərhələni yaxşı nəticə ilə başa vurmadı, 6 xal və qrupda beşinci yer...
- Bildiyiniz kimi, seçmə mərhələyə pis başlamışdıq. Ardıcıl dörd oyunda məğlub olmaq komandada böyük ruh düşkünlüyü yaratmışdı. Baş məşqçi dəyişikliyindən sonra isə komandamızda özünəinam yarandı. Düzdür, qrupda beşinci olmaq, altı xal toplamaq çox zəif göstəricidir, ancaq oyunumuzu inkişaf etdirsək, növbəti seçmə mərhələdə nəticəmiz də düzələcək. Nəticə baxımından irəliləyiş olmasa da, oyun sarıdan müsbət dəyişikliklər hiss olunur.
- “Xəzər Lənkəran”ın əvvəlki iddiasının olmaması milli karyerana da təsir edə bilər. Bir kapitan kimi komandanın gələcəyini necə görürsən?
- Biz bu heyətlə meydana ancaq uduzmamaq üçün çıxırıq. UEFA-nın məlum qadağasından sonra komandamız bu günə düşdü. Ancaq inanıram ki, yanvarda yenidən yaxşı transferlər olacaq və siz həmişəki güclü “Xəzər Lənkəran” görəsəksiniz.
Ramiq AĞAMƏMMƏDOV
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video
“Sabah”ın futbolçusu Almaniya klubuna keçmək istəyir, amma…
Bu gecə "El-Klasiko" var
“Tottenhem”dən 40 illik həsrətə son - Video
Canni İnfantino İlham Əliyevə təşəkkür edib
Nərimanın komandası qalib gəldi - Superliqa
London derbisini "Tottenhem" qazandı, "Arsenal"dan qələbə
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı