Türkiyə millisi bu gün “Avro-2016”nın final mərhələsinə birbaşa vəsiqə əldə edə bilər.
Qol.Az-ın xəbərinə görə, Fatih Terimin komandasının ən yaxşı qrup üçüncüsü olaraq Fransaya getmək imkanı yaranıb.
Bunun üçün hazırda ehtiyatında 15 xalı olan Türkiyə millisinin bu gün öz meydanında qrupun lideri İslandiyanı məğlub edib xalını 18-ə yüksəltməsi vacibdir. Amma bununla da iş bitmir. Goal.com saytı yazır ki, qardaş ölkə komandasının “Avro-2016”ya birbaşa qatılması üçün hazırda onunla eyni qrupda yarışan və sonuncu yeri tutan Qazaxıstanın bu gün səfərdə Latviyaya qalib gəlməsi vacibdir.
Qaydalara əsasən, ən yaxşı qrup üçüncüsü kimi “Avro-2016”ya yeganə vəsiqə qrup üçüncüləri arasınsa ən çox xal toplayan komandalara verilir. Bu zaman üçüncü yeri tutan millinin qrup sonuncu olan komandayla oyunlarındakı nəticə nəzərə alınmır. Türkiyə millisi indiki halda öz qrupunda sonuncu olan Qazaxıstandan 6 xal alıb. Amma əgər qazaxlar Latviyaya səfərdə qalib gələrsə, o zaman sonuncu yeri tərk edib beşinci pilləyə yüksələcəklər. Bu zaman qazaxlar üzərində qazanılmış 6 xal hesaba alınacaq və Türkiyənin qrup üçüncüləri arasında xalı 16-ya yüksələcək. Amma qeyd etdiyimiz kimi, Türkiyənin İslandiyaya qalib gəlməsi də vacibdir.
Qeyd edək ki, Türkiyə üçün belə bir imkan ən yaxşı qrup üçüncülüyü uğrunda yarışan və dünənə qədər buna daha çox şansı olan Ukrayna millisinin yer aldığı qrupdakı son turun oyunlarından sonra yaranıb. Ukrayna öz meydanında İspaniyaya uduzaraq qrupu 19 xalla üçüncü yerdə tamamlayıb. Onlar 19 xalın 6-sını sonuncu yeri tutan Makedoniya ilə matçlarda qazanıb. Beləliklə, qrup üçüncüləri arasında Ukraynanın xalının 13-ə endiyini görürük.
Deməli, Türkiyə İslandiyanı məğlub etməklə yanaşı, qazaxların Latviyaya səfərdə qalib gəlməsini gözləməlidir. Yox, əgər Latviya Qazaxıstanla matçda xal ya xallar qazanarsa, o zaman "Avro-2016"ya ən yaxşı qrup üçüncüsü kimi Türkiyə yox, Ukrayna gedəcək.
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video
“Sabah”ın futbolçusu Almaniya klubuna keçmək istəyir, amma…
“Tottenhem”dən 40 illik həsrətə son - Video
Canni İnfantino İlham Əliyevə təşəkkür edib
Nərimanın komandası qalib gəldi - Superliqa
London derbisini "Tottenhem" qazandı, "Arsenal"dan qələbə
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı