Sabah milli komandamız “Avro-2016”nın seçmə mərhələsində səfərdə Bolqarıstanla qarşılaşacaq.
Qol.Az-ın məlumatına görə, yığmamızın baş məşqçisi Robert Prosineçki bu gün oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb
“Oyuna ciddi hazırlaşmışıq. Yaxşı nəticə qazanmaq istəyirik. Rəqibin sürətli hücumçuları var. Bilirik ki, bizə çox çətin olacaq. Ancaq oyuna hazırıq”.
- Adətən oyundan öncə start heyəti açıqlayırsınız.
- Üç mövqedə dəyişiklik edəcəyik. Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Ruslan Abışov, Maksim Medvedyev, Rəşad Sadıqov, Qara Qarayev, Rahid Əmirquliyev, Dmitri Nazarov, Əfran İsmayılov, Elnur Cəfərov, Ruslan Qurbanova start heyətdə şans verəcəm.
- Bolqarıstanlı azarkeşlər sabahkı oyuna az maraq göstərir. Bu, Azərbaycan millisinin səfərdən xalla dönməsinə nə dərəcədə kömək edəcək?
- Biz futbolu azarkeşlər üçün oynayırıq. Əgər bilet az satılıbsa, buna təəssüf edirik.
- Xorvatiya ilə oyundan sonra rəqib komandanın baş məşqçisi istefaya göndərildi. Sabahkı oyunla da digər həmkarınızı yola sala bilərsiniz?
- Bu barədə fikirləşmək istəmirəm. Mən hər bir oyunu udmaq istəyirəm. Amma kimin istefa verəcəyini fikirləşmirəm. Ümid edirəm ki, nəticədən asılı olmayaraq Petev işinə davam edəcək. Çünki o Bolqarıstan millisinə yeni təyin olunub. Biz isə qələbə qazanmaq istəyirik.
- Rahid Əmirquliyevin xeyli zəifləmiş “Xəzər Lənkəran”da oynaması onun milli karyerasına necə təsir edəcək?
- Rahidlə bu barədə bir neçə dəfə söhbət etmişəm. Mən milli komandamın məşqçisiyəm. Mənim üçün Rahidin harda oynamasının fərqi yoxdur. Nə qədər ki, Azərbaycan millisini çalışdırıram, Rahid yığmada oynayacaq.
Ramiq AĞAMƏMMƏDOV, Sofiya
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video
“Sabah”ın futbolçusu Almaniya klubuna keçmək istəyir, amma…
“Tottenhem”dən 40 illik həsrətə son - Video
Canni İnfantino İlham Əliyevə təşəkkür edib
Nərimanın komandası qalib gəldi - Superliqa
London derbisini "Tottenhem" qazandı, "Arsenal"dan qələbə
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı