AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadovun Qol.Az saytına müsahibə verib.
- Əvvəlcə millimizin İtaliya ilə oyunu (1:3) haqda fikirlərini öyrənək... Onsuz da İtaliyadan xal almağımız inandırıcı deyildi. Bəs komandamızın oyunundan necə, razı qaldınızmı?
- İtaliya ilə qarşılaşma əvvəlkilərdən çox da fərqlənmədi. Ancaq hiss olunur ki, komandamız getdikcə formalaşır. Hər halda İtaliya ilə oynamaq asan deyil. Komandamız bərabərlik qolunu vurandan sonra pressinq etməli, aktiv olmalı idilər. İtaliya Azərbaycan kimi komandadan qol buraxdanda istər-istəməz özünü itirir. Rəqib inanmırdı ki, biz onlara qol vuracağıq. Ancaq təəssüf ki, qol vurduqdan sonra komandamız geri çəkildi, rəqibin təhlükəli hücumları üçün şərait yaratdı.
- Millimizin hazırkı heyəti ilə bağlı nə deyə bilərsiniz?
- Heyətlə bağlı çətinlik var. Bizə yeni futbolçular lazımdır. Bu da vaxt tələb edir. Prosineçkidən çox şey tələb etmək olmaz. Çünki o, millimizə seçmə mərhələnin ortasında gəldi. Heyət formalaşdırmaq üçün ona zaman lazımdır.
- Siz də hücumçu olmusuz. Hazırda yığmamızın hücum xəttində Ruslan Qurbanov çıxış edir. Qurbanov bu mövqedə olan problemi aradan qaldıra biləcək oyunçudur?
- Hər futbolçu öz funksiyasını yerinə yetirməlidir. Meydançada sağa-sola qaçmaqla iş bitmir. Hücumçu gərək oyuna canını qoysun. Yıxılmaqla da olsa, irəli gedib qol vurmalısan. Mən belə edirdim. Hücumçu yaxşı olanda komandası da ürəkli oynayır. Ön xətt oyunçusu komandanı irəli aparmalıdır. Bizdə isə belə hücumçu yoxdur.
- Yəni ümumiyyətlə, bizdə hücumçu yoxdur?
- Bəli, yüksək səviyyəli hücumçumuz yoxdur. İstənilən səviyyəli müdafiəçiyə də sahib deyilik. Rəşad Sadıqov da yavaş-yavaş qocalır.
- Yeri gəlmişkən, Rəşad özü İtaliya ilə oyundan əvvəl bildirdi ki, Bolqarıstanla görüşdən sonra milli karyerasını başa vura bilər. Sizcə, Rəşad millidən getməlidir?
- Bəli, Rəşad artıq getməlidir. Bununla bağlı onunla danışmışam. Rəşad artıq milli komandamızda 100 oyun keçirib. Bu, böyük uğurdur. Rəşad yaxşı futbolçu olmaqla yanaşı həm də bir şəxsiyyətdir.
- Rəşad yığmadan getsə, onun yerini kim tutacaq? Varmı belə oyunçu?
- Yox, hələ ki, bu səviyyədə futbolçu görmürük. Ancaq gənc futbolçulara da inanmaq lazımdır. Futbolumuz daha da inkişaf etməlidir. Hazırda “Qarabağ” və “Qəbələ” komandaları Avropa Liqasının qrup mərhələsində çıxış edirlər. Bu, yaxşı haldır. Ancaq bizə lazımdır ki, 3-4 komanda avrokubok oyunlarında iştirak etsin. Onda futbolçularımızın təcrübəsi də artar. Onda bizdə nəticə olacaq. Elə səviyyəyə salmaq lazımdır ki, avrokubok oyunlarında əcnəbilərdən çox, öz futbolçularımız oynasınlar. Klub rəhbərləri bu məsələnin üzərində işləməlidilər.
- Millimiz sabah Bolqarıstanla üz-üzə gələcək. Bu görüşdən nə gözləyirsiniz?
- Bolqarıstan İtaliya səviyyəsində deyil. Onların baş məşqçiləri üçün Azərbaycanla oyun yığmadakı sonuncu matç olacaq. Sofiyadan qələbə ilə qayıtmaq şansımız var. Komandamızda Bolqarıstana uduzmaq fikri olmamalıdır. Demək olar ki, bir xal cibimizdədir, Ancaq qələbə qazanmalıyıq ki, gələn seçmə mərhələyə yaxşı köklənək. Bu seçmə mərhələdə daha yaxşı nəticə göstərmək üçün əvvəldən xallar yığmalı idik. Uğurlu startdan sonra komandada özünəinam artır və daha çox xal toplamağa başlayırsan.
Ramiq AĞAMƏMMƏDOV, Sofiya
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video
“Sabah”ın futbolçusu Almaniya klubuna keçmək istəyir, amma…
“Tottenhem”dən 40 illik həsrətə son - Video
Canni İnfantino İlham Əliyevə təşəkkür edib
Nərimanın komandası qalib gəldi - Superliqa
London derbisini "Tottenhem" qazandı, "Arsenal"dan qələbə
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı