"Rəqib çox güclü idi" – Rahid Əmirquliyev

"Rəqib çox güclü idi" – Rahid Əmirquliyev
ÖLKƏ FUTBOLU 11 Oktyabr 2015 / 16:08 3267
-  A +

"Çox istəyirdik ki, ölkəmizin adına layiqli oyun sərgiləyək və azarkeşlərimizi sevindirək. Amma rəqib çox güclü idi. Onlara qarşı oynamaq asan deyildi. Əlimizə düşən fürsətlərdən yararlanmağa çalışsaq da, məğlubiyyətdən xilas ola bilmədik".

Bu sözləri Qol.Az-a açıqlamasında milli komandamızın üzvü Rahid Əmirquliyev "Avro-2016"nın seçmə mərhələsində İtaliya ilə oyundan (1:3) sonra deyib.

Bakı Olimpiya stadionu haqda danışan R.Əmirquliyev bunları bildirib: "Stadionda atmosfer möhtəşəm idi. Amma bu bizi həyəcanlandırmırdı. Çünki öz azarkeşlərimiz önündə oynayırdıq. Əksinə Olimpiya stadionu qürurverici görüntüyə malik idi".

Millimizin üzvü Bolqarıstanla səfər matçı haqda da danışıb: "Belə oynasaq, Bolqarıstanla səfər matçı çətin olacaq. Düzdür, baş məşqçi bizə heç nə demədi, amma bilirik ki, buraxdığımız qollarda səhvlərimiz var. Bədavi Hüseynovsuz çətin olacaq, amma onu əvəzləyəcək müdafiəçilərimiz də var. Məncə, Ruslan Abışov da kifayət qədər formadadır və Bədavinin yoxluğunu hiss etdirməyəcək".

Son xəbərlər