Azərbaycan millisinin futbolçusu Qara Qarayev "Avro-2016"nın seçmə mərhələsində İtaliyaya 1:3 hesabı ilə uduzduqları oyundan sonra Qol.Az saytına müsahibə verib.
- Oyun haqda nə deyə bilərsən?
- Bizim üçün çətin matç oldu. Rəqib futbolçuların istedadı da, bacarığı da göz önündə idi. Əlimizdən gələni etsək də, uduzduq. Amma bir oyunumuz hələ var. Artıq İtaliya məğlubiyyətini unudub, Bolqarıstanla matça hazırlaşmalıyıq.
- Səncə, İtaliya ilə matçın qırılma nöqtəsi nə zaman oldu?
- Məncə, ikinci qol vurulandan sonra artıq oyun getmişdi. Çünki ilk qolu buraxanda komandada inam var idi və bu inamın nəticəsi olaraq hesabı bərabərləşdirməyi bacardıq. Amma ikinci qoldan sonra hesabı bərabərləşdirmək çox çətin idi.
- Rəşad Sadıqovun yığmada yubiley, 100-cü matçını keçirdi. Bu amil komandaya əlavə motivasiya verirdimi?
- Dünən Rəşadın yubiley matçı ilə yanaşı, Ruslan Abışovun da doğum günü idi. Düşünürəm ki, qələbə qazansaydıq, onlara yaxşı hədiyyə olardı. Təəssüf ki, bunu bacarmadıq. Yenə də onların hər ikisini təbrik edirəm. Gələcəkdə uğurlu karyera arzulayıram.
- Səncə, Rəşad Sadıqov yığmada karyerasını davam etdirməlidir?
- Təbii ki, Rəşad hələ də milli komandada oynamaq gücündədir. Amma milli karyerasını bitirib, bitirməmək onun öz qərarıdır. İstəyirik ki, o bizimlə davam etsin. Çünki bir lider kimi hələ Rəşada çox ehtiyacımız var.
- Komandamız sanki hücum etməyə çəkinirdi...
- Biz Maltaya qarşı yox, İtaliya kimi ulduzlar toplusuna qarşı oynayırdıq. Hücuma keçmək çətin idi. Çalışırdıq ki, hesabda geri olsaq da, ehtiyatlı oynayaq.
- Bolqarıstanla matçda Bədavi Hüseynovun yoxluğu hiss olunacaqmı?
- Bədavi uzun müddətdir komandanın aparıcı futbolçularındandır və onun yoxluğu hiss olunacaq. Çətinlik ola bilər, amma yəqin ki, baş məşqçi tədbirlərini görəcək.
- "Monako" ilə matçda İtaliya millisinin üzvü Əl-Şaaraviylə yenə qarşılaşacan. "Monako"nun aparıcı futbolçularından olduğunu nəzərə alsaq, onun oyununu necə qiymətləndirirsən?
- Oyunçu olaraq onların səviyyəsi haqda danışmağa ehtiyac yoxdur. Yenə qeyd edirəm ki, hər şey göz önündədir. Amma düşünürəm ki, bu matçdan sonra Əl-Şaaravinin oyun üslubuna az da olsa, bələd olduq. Yəqin ki, bu amillər "Monako" ilə oyunda işimizə yarayacaq.
- Bolqarıstanla oyundan nə gözləmək olar?
- Bizi çətin oyun gözlədiyini bilirik. İtaliya kimi güclü komandayla ağır oyundan sonra futbolçularımızda həqiqətən də yorğunluq var. Amma bütün gücümüzü qoyub səfərdən yaxşı nəticə ilə dönmək olar.
- Bolqarıstan millisinin baş məşqçisi İvaylo Petev Azərbaycanla matçda əsasən gənc futbolçulara üstünlük verəcəklərini bildirib.
- Yəqin, onların potensiyalı var ki, Bolqarıstan milli komandasına dəvət alıblar. Elə gənclərin oynaması bizə daha çox çətinlik yaradacaq. Meydanda özlərini sübut etmək üçün istəkli olacaqlar. Çalışacağıq ki, məğlub olmayaq və azarkeşlərimizə layiqli hədiyyə verək.
Ergün SEYİD
"Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
Mundialın ən çox səyahət edən komandası bəlli oldu
Ronaldonun klubu futbolçuların maaşını ödəyə bilmir
"Neftçi" Xorvatiya klubuna uduzdu
"Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
"Bizə daha çox yeni oyunçu lazımdır"
“İnter”ə bu transferi həyata keçirməyə icazə verilmədi
Argentina FİFA-ya xüsusi müraciət ünvanladı
"Turan Tovuz"un rəqibi bilindi
“Qalatasaray”ın yeni transferi İstanbula yollandı - Video
"Sabah"la matç bu dəfə fərqli olacaq" - TNS-in baş məşqçisi
“Kəpəz"dən bu yayın ilk transferi
Fransa - İspaniya matçından əvvəl bir dəqiqəlik sükut olacaq
"Onları necə məğlub edəcəyimizi bilirik"
"Mançester Yunayted" "Çelsi"nin futbolçusunu transfer etdi
Messi DÇ-də 40 ilin rekordunu təkrarladı
“Qəbələ”də oynayırdı, Kipr klubuna keçdi
Dibala “Roma” ilə müqaviləni yenilədi
Slaven Biliç rəsmən Xorvatiya millisində
Murat Yakın: "Futbol uduzdu"
Belçika millisinin üzvü "Mançester Yunayted"də
PSJ yetirməsi ilə peşəkar müqavilə imzaladı
"Qəbələ" 5 yoxlama oyunu keçirəcək
Güləşdə uğur ənənəsi: yeni nəsil üçün motivasiya mənbəyi
"Benfika"nın sabiq futbolçusu faciəvi şəkildə vəfat etdi
Haaland: "İngiltərə millisinin uğur qazanmasını istəyirəm"
"Strasburq"un yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi rekorda imza atdı
Dieqo Forlan Uruqvay millisinə baş məşqçi təyin olundu
“Messi son dərəcə təxribatçı davranırdı"
Maldininin yeni iş yeri bilindi - Rəsmi
Yusif Avropa çempionu oldu
Fransadan yarımfinala ciddi hazırlıq
"Arsenal"dan "Beşiktaş"a keçə bilər
"Barselona"nın zədəli futbolçusundan xəbər var
İran baş məşqçi ilə bağlı qərarını açıqladı
"Nyukasl" millinin ulduzuna göz dikdi
Afrika Kubokuna ev sahibliyi etməyə hazırlaşırlar
"Real" məşqçisini göndərir
"Barselona" onunla yollarını ayırır
"Şəfa"dan yeni transfer
"Everton"a məşqçi kimi qayıtmağa hazırlaşır
DÇ-də artıq 64 ölkənin mübarizə aparacağı gözlənilir
İspaniya ilə matçı buraxa bilərlər
"Əla iş gördünüz, Bellinqem və hakim!"
Kurtua mövsümün startını buraxa bilər