"Rəqib bizdən çox üstün idi" – Rəşad Sadıqov

"Rəqib bizdən çox üstün idi" – Rəşad Sadıqov
ÖLKƏ FUTBOLU 11 Oktyabr 2015 / 01:50 5448
-  A +

"Sözün düzü, fərqli nəticə gözləyirdik.  Amma etiraf etmək lazımdır ki, rəqib bizdən çox üstün idi".

Bu sözləri Qol.Az-a açıqlamasında milli komandamızın kapitanı Rəşad Sadıqov İtaliya ilə oyundan (1:3) sonra deyib.

O, İtaliya kimi rəqiblə oynmağın çox çətin olduğunu bildirib: “ İtaliya millisinin heyətində güclü futbolçular var. Bu da oyunun nəticəsində özünü göstərdi. Topa nəzarət etsək də təhlükəli vəziyyətlər yarada bilmirdik. Rəqib isə həm müdafiədə həm də hücumda yaxşı oynayırdı. Bu gün güclü qalib gəldi.

R.Sadıqov komanda yoldaşı Bədavi Hüseynovun matçını sonuna yaxın qırmızı vərəqə almasına da münasibət bildirib: “Covinko sürətli hücumçudur. Elə epizod oldu ki, məndən də, Maksimdən də qaçdı. Bədavidən də qaçdığı epizod oldu. Bu gün  Bədavi ilə mən  Pelleyə və yaxud Ederə 90 dəqiqə oynamağa imkan verməsək, onda  gərək "İnter" və ya "Milan"da oynayaq. Amma görünür ki, 90 dəqiqə ərzində şans yaxalayıb ustalıqlarını göstərirlər”.

Sadıqov məğlubiyyətin səbəbini belə izah edib: “Bu matçda kiminsə səhvlərini xüsusi olaraq qeyd etmək istəmirəm. Çünki komanda şəklində məğlub olduq. İtaliya millisi ilk hissədəki  səhlərimizdən qollar vurdu. Sırf rəqibin ustalığı imkan vermədi ki, yaxşı futbol oynayaq. Düşünürəm ki, bu cür ağır oyundan sonra Bolqarıstanla matça daha yaxşı hazırlaşmaq lazımdır”.

Stadiondakı atmosfer haqda danışan millimizin kapitanı deyib: "Stadionda hər şey əla idi. Azarkeşlərə də belə gözəl atmosferə görə təşəkkür edirəm. Sadəcə, bu gözəlliyi tamamlamaq üçün nəticəmiz olmadı”.

Daha çox


Son xəbərlər