“Komanda 5 gündü bir yerdədi. Hazırlıq əla gedir, məşq prosesindən razı qalmışam”.
Qol.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki "Avro-2016"nın seçmə mərhələsində İtaliya ilə oyun öncəsi deyib.
O, “Skuadra Adzurra” ilə görüşdə sona qədər mübarizə aparacaqlarını bildirib: “Bizi sabah çətin rəqib gözləyir. Dörd qat dünya çempionu ilə oynayacağıq. Qrupumuzun lideridi. Hiss edirəm ki, komandada inam qayıdıb. 4 oyundu uduzmuruq, futbolçular artıq özlərinə inanırlar. Əminəm ki, sabah da yaxşı oyun göstərəcəklər”.
- Sabah yaxşı oyuna ümid edirsiz, yoxsa nəticəyə?
- Mənim üçün həm yaxşı oyun, həm də yaxşı nəticə lazımdı. Xorvatiya yığması da Bakıya gələndə inanırdı ki, Avropa çempionatına vəsiqəni qazanacaq. Amma siz də gördüz ki, başqa nəticə oldu. Futbolçularıma dedim ki, mənim üçün yaxşı nəticə lazımdı. Əlimizdən gələni edəcəyik ki, İtaliya sabah rahat oynamasın və nəticə bizim üçün yaxşı olsun.
- Əvvəlki oyunlarda olduğu kimi, start heyətini açıqlayacaqsınızmı?
- Bəli, mən hər oyunqabağı heyəti açıqlayıram. Bu gün bunu edə bilməyəcəm. Çünki dünənki məşqdə 2 oyunçu yüngül zədə alıb. Bugünkü məşqi gözləməliyəm. Ümid edirəm ki, vəziyyətləri yaxşıdı. Amma bu gün heyəti açıqlaya bilməyəcəm. Hansı oyunçuların zədə aldığını açıqlamaq istəmirəm. Çünki İtaliyadan gələn həmkarlarımız da burdadılar. Məşqdən sonra biləcəm ki, onlar sabahkı matçda oynaya biləcəklər, ya yox. Hər şey yaxşı olsa, sabahkı heyətdə Kamran Ağayev, Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev, Eddi İsrafilov, Dmitri Nazarov, Ruslan Qurbanov və Əfran İsmayılov start heyətində yer alacaqlar.
- Berti Foqtsla sizin komandanız arasında nə kimi fərq var? Əldə etdiyiniz nəticələr sizi qane edirmi?
- Mən keçmişi ətraflı yada salmaq və müqayisə etmək istəmirəm. Deyə bilərəm ki, qısa zamanda Azərbaycan yığması özünə inanmağa başladı və gözəl oyun göstərdi. Biz 4 oyundu uduzmuruq. Səfərdə Norveçlə, Bakıda Xorvatiya yığması ilə heç-heçə oynadıq. Hər məşqçinin öz fəlsəfəsi var. 9 aydı Azərbaycandayam. Oyunçular məni başa düşürlər və tələb etdiyim futbolu oynayırlar. Məndə olan məlumata görə, bu günə kimi 40 min bilet satılıb. İnanıram ki, sabahkı matçda da komandam öz bacarığını göstərəcək. Mən həmişə demişəm ki, Azərbaycanda güclü futbolçular var. Bunun nəticəsini də görürük.
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video
“Sabah”ın futbolçusu Almaniya klubuna keçmək istəyir, amma…
“Tottenhem”dən 40 illik həsrətə son - Video
Canni İnfantino İlham Əliyevə təşəkkür edib
Nərimanın komandası qalib gəldi - Superliqa
London derbisini "Tottenhem" qazandı, "Arsenal"dan qələbə
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı