Sneyder "Qalatasaray"la yeni müqavilə imzaladı

Sneyder "Qalatasaray"la yeni müqavilə imzaladı
GÜNDƏM 4 Oktyabr 2015 / 17:43 2943
-  A +

“Qalatasaray” aparıcı üzvlərindən olan Uesli Sneyderlə müqaviləni yeniləyib.

Qol.Az-ın məlumatına görə. hollandiyalı yarımmüdafiəçi  daha iki il “cim-bom”un şərəfini qoruyacaq. 

Bu gün “Türk Telekom Arena”da keçirilmiş imza mərasimində ulduz futbolçu 2016-cı ildə bitəcək müqaviləsini 2018-ci ilə kimi uzadıb.

Qeyd edək ki, Sneyder 2013-cü ildən "Qalatasaray"da çıxış edir.

Daha çox


Son xəbərlər