Millimizin heyətində dəyişiklik edildi

Millimizin heyətində dəyişiklik edildi
ÖLKƏ FUTBOLU 3 Oktyabr 2015 / 15:43 7456
-  A +

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da İtaliya, 3 gün sonra isə Bolqarıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisinin qeyd olunmuş oyunlar üçün açıqlanmış heyətində dəyişiklik baş verib.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, "Qarabağ" klubunun üzvü Cavid Tağıyev zədələndiyi üçün millinin heyətindən çıxarılıb.

Əvəzində, Elvin Məmmədov (Qarabağ) və Maqomed Mirzəbəyov (Qəbələ) milli komandaya dəvət olunub.

Daha çox


Son xəbərlər