"Anderlext"in baş məşqçisi: “Qarabağ”la oyun çox çətin olacaq"

 "Anderlext"in baş məşqçisi: “Qarabağ”la oyun çox çətin olacaq"
GÜNDƏM 30 Sentyabr 2015 / 20:32 6085
-  A +

 “Qarabağ”la oyun çox çətin olacaq. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq”. 

Qol.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bunu Belçika "Anderlext"inin baş məşqçisi Besnik Hasi “Qarabağ”la Avropa Liqasının qrup matçı öncəsi mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis oyunçularına meydanda ruh yüksəkliyi verəcəyini deyib: “Öz futbolçularıma inanıram. Onlara ruh yüksəkliyi verirəm”.
Daha sonra Besnik Hasi jurnalistlərin suallarını cavablandırıb.

- İlk dəqiqədə hücuma atılacaqsız, yoxsa rəqibi əks-hücumda yaxalayacaqsız?

- Rəqib də qələbə qazanmaq istəyir. Bunun üçün meydanda vuruşacağıq.

- Bu oyunla bağlı nəyin üzərində işləmisiz?

- Meydanda qol vəziyyətlərini reallaşdırmaq üzərində işləyirik. Gənc futbolçular üzərində çalışırıq

- “Qarabağ”da Reynaldo haqda nə deyə bilərsiz?
- Reynaldo çox irəliləyib. Onun yaxşı futbolçu olduğunu bilirəm.

- Vaxt fərqi sizin üçün çətin olmayacaq?

- Biz Belçikada necə hazırlaşırıqsa, burada da eyni hazırlaşırıq. Bizim üçün fərq etməz.

Daha çox


Son xəbərlər
09.07.25  13:19

"Kəpəz"də ayrılıq