"Qəbələ"nin yeni futbolçusu Vaqif Cavadov Avropa Liqasının qrup mərhələsində sabah "Krasnodar"la oyunla bağlı fikirlərini bildirib.
Qol.Az-ın Krasnodara ezam olunmuş müxbirinin verdiyi məlumata görə, o, öncəsi jurnalistlərə müsahibəsində bir sıra sualı cavanlandırıb.
- "Krasnodar" səfərindən nə gözləmək olar?
- Həmişə real danışmışam. Gücümüz nəyə çatırsa, onu da göstərməyə çalışacağıq. "Krasnodar"la oyunda yaxşı nəticə qazanmaq şansımız var. Çünki səfərə qələbə üçün getmişik. İstər milli, istərsə də klub səviyyəsində Rusiya və Ukrayna təmsilçilərinə qarşı hər zaman yaxşı oynamışıq. Ona görə də səfərdə yaxşı nəticə əldə etməyimiz mümkündür.
- Necə düşünürsən, qələbə qazanmağınız sensasiya sayılacaq?
- İnanmıram sensasiya sayılsın. Çünki qrup mərhələsinə qədər heç kəs "Qəbələ"nin bu qədər irəliləyəcəyini gözləmirdi. Hər kəs yalnız "Qarabağ"ın qrupda oynayacağını deyirdi. "Qarabağ" da bunu bacardı. Lakin "Qəbələ" də tarixi uğura imza ataraq "Qarabağ"la birgə qrup mərhələsində oynamaq hüququ əldə etdi. PAOK-la matçda qələbə də qazana bilərdik. Çoxlu qol şansımız oldu. "Krasnodar" güclü rəqibdir. Ancaq "Borussiya" kimi top-komanda deyil. Bununla belə, "Krasnodar"ın da güclü komanda olduğunu düşünürəm.
- Ancaq "Krasnodar" Rusiya Premyer Liqasının son turlarında uğursuz çıxışı ilə diqqət çəkir...
- Baxmayaraq ki, yaxşı çıxış etmirlər, onların heyətində güclü futbolçular var. Məsələn, Smolov son vaxtlar artırıb və Rusiya yığmasına da dəvət alıb. Ari, Joazinyo və Mamayevi də qeyd edə bilərəm. "Krasnodar" yaxşı futbolçulardan təşkil olunmuş kollektivdir. Lakin bunları düşünmək lazım deyil. Belə turnirlərdə ad rol oynamır. "Qəbələ" öz oyununu sərgiləsə, bir qədər də bəxtimiz gətirsə, uğur qazana bilərik.
- "Qəbələ"nin hazırda tarixinin ən güclü heyətinə malik olduğunu söyləmək olar?
- Bəli, yaxşı heyətimiz var. Futbolçuların sayı çox olduğundan rəqabət də güclüdür. Komandaya yeni qoşulmuşam. Yaxın zamanda meydanda olmağı arzulayıram.
- Aleksey Antonovun oyunu çox tənqid olunur. Onun mövqeyində sabah səni görə bilərik?
- Kənardan necə görünür, deyə bilmərəm. Amma Antonov mənim komanda yoldaşımdır. Kimin oynayıb-oynamayacağını isə baş məşqçi müəyyənləşdirəcək. Mən özümü oyuna hazır hiss edirəm. Məqsədimiz səfərdən 3 xalla qayıtmaqdır.
Ergün SEYİD
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video
“Sabah”ın futbolçusu Almaniya klubuna keçmək istəyir, amma…
“Tottenhem”dən 40 illik həsrətə son - Video
Canni İnfantino İlham Əliyevə təşəkkür edib
Nərimanın komandası qalib gəldi - Superliqa