"Azərbaycan və Qazaxıstan kimi ölkələr son illərdə futbolda önəmli bölgəyə çevrilib. Tanınmayan komandalar belə müqayisələr aparmağı hər zaman zəruri edir".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Anderlext"in meneceri Herman van Holsbeek Belçika mətbuatına açıqlamasında deyib.
Klub rəsmisi Avropa Liqasının qrup mərhələsində qarşılaşacaqları "Qarabağ"a hörmətlə yanaşdıqlarını bildirib: "Qarabağ"a hörmətlə yanaşırıq. Amma sabah orada bəhanəmiz olmayacaq. Avropada irəliləmək istəyirsənsə, hər oyunda xal qazanmalısan. "Qarabağ"la qarşılaşmaq Monako və Londonda oynamaqdan daha asandır. Lakin bu, yalnız kağız üzərində belədir".
"Qarabağ"ın daha öncə "Anderlext"də çıxış etmiş futbolçuları - Samuel Armenteros və Reynaldo Silva haqda danışan Holsbeek deyib: "Komandamızda oynamış futboçular hər zaman daha çox motivasiya olurlar və oyundan-oyuna daha yaxşı çıxış edirlər. Düşünürəm ki, Armenteros və Reynaldo bu görüşdə yüksək motivasiyada olacaq və bacarıqlarının ən yaxşısını etməyə çalışacaq".
Qeyd edə ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Anderlext" oyunu saat 22:00-da başlayacaq.
Fransadan yarımfinala ciddi hazırlıq
"Arsenal"dan "Beşiktaş"a keçə bilər
"Barselona"nın zədəli futbolçusundan xəbər var
İran baş məşqçi ilə bağlı qərarını açıqladı
"Nyukasl" millinin ulduzuna göz dikdi
Afrika Kubokuna ev sahibliyi etməyə hazırlaşırlar
"Real" məşqçisini göndərir
"Barselona" onunla yollarını ayırır
"Şəfa"dan yeni transfer
"Everton"a məşqçi kimi qayıtmağa hazırlaşır
DÇ-də artıq 64 ölkənin mübarizə aparacağı gözlənilir
İspaniya ilə matçı buraxa bilərlər
"Əla iş gördünüz, Bellinqem və hakim!"
Kurtua mövsümün startını buraxa bilər
Messidən daha bir dünya rekordu
A seriyasına yüksəldilər, baş məşqçi ilə müqavilə uzadıldı
"Çelsi"nin futbolçusu "Sportinq"ə keçdi
"Qarabağ"dan ayrıldı, yenidən icarəyə göndərildi
Mundiallarda bunu bacaran ilk komanda oldular
Bakıda möhtəşəm boks gecəsi - Şəkillər
"Hakimin qərarını heç cür başa düşə bilmirəm" - Murat Yakın
Skaloni çatışmazlıqları gizlətmədi