"Krasnodar"dan zəif deyilik" – Ürfan Abbasov

"Krasnodar"dan zəif deyilik" – Ürfan Abbasov
GÜNDƏM 30 Sentyabr 2015 / 12:15 2262
-  A +

"Bu oyuna çox yaxşı hazırlaşmışıq. "Krasnodar"ın "Borussiya" ilə səfər matçının videoyazısını izlədik. Bu komanda ilə oynamaq olar. Baxmayaraq ki, Dortmundda ilk qolu onlar vurdular. Amma sona qədər mübarizə apara bilmədilər".

Bu sözləri "Qəbələ"nin müdafiəçisi Ürfan Abbasov Qol.Az-a açıqlamasında Avropa Liqasının qrup mərhələsində qarşılaşacaqları "Krasnodar"la oyun haqda danışarkən deyib.

Ü.Abbasov komandasının "Krasnodar"a layiqli müqavimət göstərəcəyini bildirib: "Krasnodar"a səfərdə qalib gəlsək, bu, sensasiya olmamalıdır. Çünki biz onlardan heç də zəif deyilik. Komandada əhval-ruhiyyə də yaxşıdır. Çempionatda da komandamız yaxşı oyun sərgiləyir. Sabah "Krasnodar"a layiqli müqavimət göstərəcəyik. Bizim bu mərhələyə çatmağımız heç də sürpriz deyil. Layiq olduğumuz yerdəyik və uğurlarımızın davamı gələcək".

Qeyd edək ki, sabah keçiriləcək "Krasnodar" - "Qəbələ" oyunu Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq

Daha çox


Son xəbərlər