"Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev Premyer Liqamızın 6-cı turu çərçivəsində "Qarabağ"a qarşı keçirilmiş oyundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb.
Qol.Az-ın məlumatına görə klub rəhbəri söhbətə başlamamışdan öncə matçın son dəqiqəsində komandasının qapısına təyin edilmiş penalti epizoduna kəskin etiraz edib.
- “Qarabağ”la matçda “Neftçi”nin özünü necə göstərdiyini gördünüz. Mən 90+1-ci dəqiqədə "Neftçi"nin qapısına təyin olunmuş penaltini qəbul edə bilmərəm. Hesab edirəm ki, biz bu gün qələbə qazandıq. Nə edək ki, matçın sonunda bizi heç nədən məyus etdilər. Özünüz də hər şeyi gördünüz. Siz idman jurnalistləri gördüklərinizi düzgün yazmalısınız. Əgər gördüklərinizi düzgün yazsanız, hamı başa düşəcək ki, biz qalib gəlmişik. Şəxsən mən 100 faiz qələbə qazandığımızı düşünürəm.
- Oyun bitəndən sonra penalti epizodunun təkrarını izlədiniz?
- Bəli izlədim. Çox adam da televiziya vasitəsi ilə izləyib bizə deyir ki, siz qələbə qazandınız.
- Epizodla bağlı AFFA-ya şikayət edəcəksiniz?
- Bəli, bu epizodla bağlı mütləq şikayət edəcəyik. Səfərdə oynasaq da, bura gəlib yaxşı futbol sərgiləyə bildik. Matçdan öncə "Neftçi"nin şansının olmadığını deyirdilər. Hamı "Qarabağ"ın böyük klub olduğunu, Avropa Liqasında çıxış etdiyindən danışırdı. Düzdür, "Qarabağ" yaxşı komandadır. Mənim də xoşuma gəlir. Amma "Neftçi" sübut etdi ki, onlardan pis oynamır, hətta bu gün daha güclü idi.
- Sizə elə gəlmir ki, "Qarabağ" gücünü Avroliqada qarşılaşacağı "Anderlext"lə oyuna saxlayırdı?
- Mən buna inanmıram. Mən yazıçıyam. Yaxşı yazıçı pis nəsə yazmaz. "Qarabağ" yaxşı oynadı, amma "Neftç" daha üstün idi. Məgər siz bunu görmədiniz? Görmədinizsə, “Qarabağ”ın daha yaxşı oynadığını yazarsınız. Amma bu, belə deyil axı. Hamınız görmüsünüz.
- Penalti epizodunu çıxsaq, hakimliyi necə dəyərləndirərdiniz?
- Mən hesab edirəm ki, penalti epizodu “Neftçi”yə qarşı haqsızlıq idi. Bütün peşəkarların həmin məqama baxmasını istərdim. Sizin yazıları gözləyirəm, görək nə qiymət verəcəksiniz. Doğru yazmaq istəyirsinizsə, onda "Neftçi"nin "Qarabağ"dan zəif olmadığını qeyd edin.
- Ola bilərmi “Azərsun Arena”nın açlışına görə “Qarabağ”a güzəştə getdilər?
- Mən istəmirəm bunu deyim. Çox gözəl stadion tikiblər. Buna görə onları təbrik edirəm. Mənim atam Ağdamlıdır. Uşaqlıqda "İmarət" stadionunu görmüşdüm. "Qarabağ"la "Neftçi" oynayanda, təbii ki, ürəyim bölünür. Qoy, "Qarabağ" hamıya qalib gəlsin, bircə "Neftçi"dən başqa. Bir daha təkrar edirəm bunu qəbul edə bilmərəm. Çox şadam ki, gənc futbolçularımız, məşqçimiz var. 2-3 il sonra komandamızın daha yaxşı nəticələr qazanacağına əminəm.
- Sizcə, "Neftçi" bu oyundan sonra Azərbaycan Premyer Liqasında geri dönüş edə biləcəkmi?
- "Neftçi" həmişə birinci yer uğrunda oynamalıdır. Belə oyunla niyə də çempion olmayaq? Sizi əmin etmirəm ki, mütləq çempion olacağıq. Amma inanıram ki, komandamız bundan sonra da belə yaxşı oynayacaq.
- Amma bu matça kimi “Neftçi” çox zəif təsir bağışlayıb.
- Bizim futbolçuların əksəriyyəti gənclərdir. Demək olar ki, çempionatda ən gənc komandayıq. Biz “Neftçi”yə rəhbərlik edəndən sonra çox dəyişiklik olub. O vaxt yığmamızın baş məçqçisi Robert Prosineçkidən xahiş etdik ki, milliyə komandamızdan heç olmasa bir futbolçu dəvət etsin. Amma indi yığmalara 9 futbolçu veririk. Bu barədə yazan yoxdur. Biz gələcəyi düşünürük. Bu gün yaxşı oynadıq deyib işimizi yarımçıq qoya bilmərik. 18-19 yaşlı futbolçular üçün şərait yaratmağa çalışırıq. Onların necə oynadığını gördünüz. Kubokun finalında "Qarabağ"a uduzduğumuz oyunu yada salın. Həmin oyunla indiki matçı müqayisə edin.
- "Neftçi"dən 9 futbolçunun milli komandalara çağırıldığını dediniz. Amma əsas heyətə nəzər yetirdikdə, klubunuzdan 1-2 futbolçunu meydanda görürük.
- Mən təlim-məşq toplanışına aparılan futbolçularımızı nəzərdə tuturam. Halbuki əvvəllər bir futbolçumuzu da toplanışa aparmırdılar. Demək bizim futbolçular əziyyət çəkir, çalışır ki, Robert Prosineçki də onları milliyə dəvət edir. Əgər pis oynasalar, onları ehtiyyata da götürməzlər.
- “Qarabağ”a “Anderlext”lə oyunda dəstək olacaqsınız?
- Biz hamımız Azərbaycanlıyıq. Azərbaycanın uğurlarına hər birimiz sevinirik. Çünki bu, ölkəmizin, ölkə futbolunun uğurudur. Buna necə sevinməmək olar? Oktyabrın 1-də "Qarabağ"ı dəstəkləyəcəyəm.
- Deyəsən, jurnalistlər xətrinizə çox dəyib. Müsahibə ərzində idman mediasının qərəzli mövqeyindən danışdınız.
- Açığı, jurnalistlərin yazdığı bəzi məlumatlardan xoşum gəlmir. Ona görə hesab edirəm ki, qərəzlidirlər. Mən bunu bütün jurnalistlərə aid etmirəm.
Ergün SEYİD
"Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
Mundialın ən çox səyahət edən komandası bəlli oldu
Ronaldonun klubu futbolçuların maaşını ödəyə bilmir
"Neftçi" Xorvatiya klubuna uduzdu
"Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
"Bizə daha çox yeni oyunçu lazımdır"
“İnter”ə bu transferi həyata keçirməyə icazə verilmədi
Argentina FİFA-ya xüsusi müraciət ünvanladı
"Turan Tovuz"un rəqibi bilindi
“Qalatasaray”ın yeni transferi İstanbula yollandı - Video
"Sabah"la matç bu dəfə fərqli olacaq" - TNS-in baş məşqçisi
“Kəpəz"dən bu yayın ilk transferi
Fransa - İspaniya matçından əvvəl bir dəqiqəlik sükut olacaq
"Onları necə məğlub edəcəyimizi bilirik"
"Mançester Yunayted" "Çelsi"nin futbolçusunu transfer etdi
Messi DÇ-də 40 ilin rekordunu təkrarladı
“Qəbələ”də oynayırdı, Kipr klubuna keçdi
Dibala “Roma” ilə müqaviləni yenilədi
Slaven Biliç rəsmən Xorvatiya millisində
Murat Yakın: "Futbol uduzdu"
Belçika millisinin üzvü "Mançester Yunayted"də
PSJ yetirməsi ilə peşəkar müqavilə imzaladı
"Qəbələ" 5 yoxlama oyunu keçirəcək
Güləşdə uğur ənənəsi: yeni nəsil üçün motivasiya mənbəyi
"Benfika"nın sabiq futbolçusu faciəvi şəkildə vəfat etdi
Haaland: "İngiltərə millisinin uğur qazanmasını istəyirəm"
"Strasburq"un yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi rekorda imza atdı
Dieqo Forlan Uruqvay millisinə baş məşqçi təyin olundu
“Messi son dərəcə təxribatçı davranırdı"
Maldininin yeni iş yeri bilindi - Rəsmi
Yusif Avropa çempionu oldu
Fransadan yarımfinala ciddi hazırlıq
"Arsenal"dan "Beşiktaş"a keçə bilər
"Barselona"nın zədəli futbolçusundan xəbər var
İran baş məşqçi ilə bağlı qərarını açıqladı
"Nyukasl" millinin ulduzuna göz dikdi
Afrika Kubokuna ev sahibliyi etməyə hazırlaşırlar
"Real" məşqçisini göndərir
"Barselona" onunla yollarını ayırır
"Şəfa"dan yeni transfer
"Everton"a məşqçi kimi qayıtmağa hazırlaşır
DÇ-də artıq 64 ölkənin mübarizə aparacağı gözlənilir
İspaniya ilə matçı buraxa bilərlər
"Əla iş gördünüz, Bellinqem və hakim!"
Kurtua mövsümün startını buraxa bilər