“Neftçi” təcrübəli və gənc futbolçulardan ibarət “Qarabağ”la başabaş mübarizə apardı. Hətta hesabda irəli də çıxdıq. Amma son anda qələbəni əldən verdik".
Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Əliyev Azərbaycan Premyer Liqasının 6-cı turunda "Qarabağ"la bərabərə qaldıqları matçdan (1:1) sonra deyib.
"Oyunun sonunda olan penalti epizodunu görmədim. Görmədiyim epizoda isə şərh verə bilməyəcəyəm. Sadəcə, istəyim odur ki, hakimlər daha diqqətli olub, gənc oyunçuları həvəsdən salmasınlar. Bizə vaxt lazım olacaq ki, gəncləri hazırlayaq. Əlbəttə, oyunda vaxt uzatmaq bizə yaraşmaz. Gələcəkdə bunu etməməyə çalışacağıq. Bəzi epizodlarda Anyete bir az artistlik elədi. Fəhmin Muradbəylidən isə soruşdum, dedi ki, ayağında ağrılar var" - deyə o bildirib.
S.Əliyev zədələnən Araz Abdullayevin əvəzinə meydançaya çıxan Ruslan Qurbanovu sonradan əvəzləməsinin səbəbini belə izad edib: "Onun ayağında ağrılar var idi. Gələcəkdə yaxşı oynayacaqsa, meydançada olacaq, hazır olmayacaqsa, kənarda qalacaq. Bizim üçün fərq eləməz. Adlara yox, hazır olan futbolçuya üstünlük verəcəyik".
S.Əliyevin fikrincə, “Qarabağ” elə bir rəqibdir ki, onu həmişə təzyiq altında saxlamalısan:
"Bunun üçün də fiziki gücümüz yerində olmalıdır. Öz fəlsəfəmiz var və onu tətbiq etməyə çalışırıq. Ola bilər ki, gələn oyun pis oynayaq. Lakin bizim bir yolumuz var və həmin yol ilə gedirik. Gənc oyunçularımız çoxdur. Onların bir birini başa düşməsi üçün vaxta ehtiyacımız var.”
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı