Azərbaycan azarkeşlərinin yaxından izlədiyi Rusiyanın NTV telekanalı Çempionlar Liqası və Avropa Liqasının oyunlarını yayımlamayacaq.
Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə "NTV-Plyus" telekanalının direktoru Aleksandr Vronski məlumat verib.
Telekanal rəsmisi avrokubok matçlarının yayım hüququnu digər kanala verməyə hazır olduqlarını bildirib: "Noyabrın 1-dən etibarən Rusiya Premyer Liqasının oyunları "Matç TV"də yayımlanacaq. NTV-də isə yayım olmayacaq. Eyni zamanda Çempionlar Liqası və Avropa Liqasının oyunları da kanalımızda yayımlanmayacaq”.
O həmçinin bildirib ki, yayım hüququnu Rusiyanın Birinci kanalına verə bilərlər.
“Yuventus” cərimələndi
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı