“Açığı, “Qəbələ” gözlədiyimdən artığını etdi. Komandamızın Avropa Liqasının qrup mərhələsinə yüksəlməsi mənim üçün sürpriz oldu. “Qəbələ” ilə qürur duyuram”.
Qol.Az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin futbol direktoru Toni Adams jurnalistlərə müsahibəsində deyib.
İngiltərə futbolunun canlı əfsanəsi bildirib ki, Avropa Liqasının qrup mərhələsinə yüksəlmək “Qəbələ”nin builki hədəflərində yox imiş: “Biz “Dinamo”, “Çukariçki”, “Apollon” və “Panatinaikos” kimi klubları mübarizədən kənarlaşdırdıq. Əslində biz bunu gözləmirdik. Nəzərə alın ki, “Qəbələ”nin cəmi 10 yaşı var. Qrupa düşməklə hədəflərimizi qabaqladıq. Bu il bizim hədəfimiz ölkə çempionu olmaq idi. İndi qrup mərhələsində qürur duyulacaq mübarizə aparmaq istəyirik. Real danışsaq, qrupdan çıxmaq çox çətin görünür. Stressi üzərimizdən atıb qrup mərhələsinin danını çıxarmalıyıq”.
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı