"Neftçi" ilə bütün oyunlarımız yaxşı mübarizə şəraitində keçir. Matçın rəqib meydanında keçirilməsi və azarkeşlərimizin olmamasının işimizi daha da çətinləşdirəcəyini bilirdik".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Xəzər Lənkəran"ın futbolçusu Rasim Ramaldanov Premyer Liqanın 5-ci turunda "Neftçi" ilə 1:1 bərabərə qaldıqları oyun haqda danışarkən deyib.
R.Ramaldanov komandasının sonadək mübarizə apardığını bildirib: "Matç əvvəlcədən düşündüyümüz kimi ağır keçdi. Stadionun öt örtüyünün bərbad vəziyyətdə olması işimizi bir qədər də çətinə saldı. Amma sevindirici haldır ki, uduzmadıq. 10 nəfər qalmağımıza baxmayaraq, ümidimizi itirmədik və sona qədər mübarizə apardıq.
Artıq neçənci dəfədir ki, "Neftçi" ilə matda azlıqda qalıb, hesabda geri düşməyimizə baxmayaraq, bərabərlik qolunu vururuq. Düzdür, matçın sonlarına yaxın "Neftçi futbolçusu ilə aramızda narazılıq yarandı. Amma bu futboldur. Belə hallar çox olur. Onun arxasınca nəsə danışmaq düz çıxmaz. Meydanda oldu, orda da bitdi".
Görüşün baş hakimi Rəhim Həsənovun da idarəçiliyi haqda danışan 29 yaşlı futbolçu referinin düzgün qərarlar qəbul etdiyini bildirib: "Hakimin Skarlatakeyə ilk epizodda düzgün sarı vərəqə göstərildiyini düşünürəm. Penalti epizodunda da hakimin qərarı düzgün idi".
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu