Bürünc medalçımız: "Nəticədən razı qalmadım" (VİDEO)

Bürünc medalçımız: "Nəticədən razı qalmadım" (VİDEO)
VİDEO 12 Sentyabr 2015 / 11:45 2412
-  A +

Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək 31-ci Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə dünya çempionatında bürünc medal qazanan Xetaq Qazyumov yarışla bağlı fikirlərini bölüşüb.

Qol.Az-ın Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Qazyumov göstərdiyi nəticədən razı qalmadığını bildirib:

"Nəticədən razı qalmadım. Bura yalnız qızıl medal qazanmaq üçün gəlmişdim. Ancaq qızıl medal qazana bilmədim. Bununla belə, bürünc medal və Rio-de Janeyro Olimpiyadasına lisenziya qazandığım üçün şadam. Azarkeşlərə təşəkkür edirəm".

Daha çox


Son xəbərlər