“Azərbaycanla oyun bizim üçün çox vacibdir. Bu görüşün əhəmiyyətini futbolçularımız da dərk edir”.
Qol.Az-ın məlumatına görə, bu sözləri Xorvatiya millisinin baş məşqçisi Nika Kovaç "Avro-2016"nın seçmə mərhələsində sabah yığmamızla keçiriləcək oyun üçün təşkil etdiyi mətbuat konfransında deyib.
- Sabahkı oyunu həm də Prosineçki – Kovaç dueli adlandırmaq olar?
- Yox, belə deməzdim. Biz Prosineçki ilə bir yerdə oynamışıq. Sabah isə futbolçularımız qarşılaşacaq.
- Bildirmişdiniz ki, Prosineçkinin gəlişindən sonra Azərbaycan millisində böyük dəyişiklik olub. Hansı dəyişikliyi nəzərdə tutursunuz?
- Rəqib müdafiədə daha nizam-intizamlı oynayır. Həmçinin, hücum etməyi də bacarır. Topu hara gəldi vurmurlar. Bilirik ki, artıq rəqibdə özünəinam artıb. Son iki oyunda yaxşı nəticə qazanıblar. İşimiz asan olmayacaq
- Sabahkı görüşdə xal itirsəniz, bunu normal hesab edəcəksiniz, yoxsa faciə?
- Mən həmişə optimist olmuşam. Komandam da bilir ki, sabah qələbə qazansaq, artıq Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacağıq. Əlbəttə ki, favorit bizik.
- Sabah üç və daha çox qol vurmaq imkanınız olsa, bundan istifadə edəcəksiniz?
- Futbolçulara tapşıracam ki, sona qədər mübarizə aparsınlar. Xorvatiya yığması müstəqillik dönəmində ən çox qollarını mənim dönəmimdə vurub. Sabah da mümkün qədər çox qol vurmağa çalışacağıq. Azarkeşlər futbola qol görmək üçün gəlir. Sona qədər qol vurmağa can atmalıyıq.
30 il sonra...
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu
Bu həftə “Qarabağ” – “Dinamo” Zaqreb oyunu var
Sabiq futbolçunu it dişlədi, 50-dən çox tikiş qoyuldu