Milli komandamızın məşqçisi Mahmud Qurbanovun Qol.Az saytına müsahibəsi
- Sabah millimizi "Avro-2016"nın seçmə mərhələsində Xorvatiya ilə çətin oyun gözləyir. Komandamızın düşərgəsində ab-hava necədir?
- Hələ ki, hər şey qaydasındadır. Zədəlimiz yoxdur, ab-hava da yaxşıdır. Məşqçilər və futbolçular oyunun məsuliyyətini yaxşı dərk edir. Avropanın ən güclü yığmalarından biri ilə qarşılaşacağıq. Ancaq ümidliyik, hazırlaşırıq. Nəticə qazanmaq istəyirik.
- Xorvatiya yığması ilə son qarşılaşma rəqibin 6:0 hesablı qələbəsi ilə başa çatıb. Futbolçularımız bu acı məğlubiyyəti unudubmu?
- Artıq həmin oyundan bir ilə yaxın vaxt keçib. Məncə, futbolçular o görüşü unudublar. İndi futbolumuzun yüksələn dövrüdür. İki klubumuz Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Hansı ki,millimizin əksər futbolçuları həmin klublarda çıxış edir. Yığmamız son iki oyunda yaxşı nəticə qazanıb. Düşünürəm ki, qeyd etdiklərim futbolçularımıza müsbət təsir edib. Sabahkı oyunda da çalışacaqlar ki, bu nəticələrin ardı gəlsin.
- Sizcə, həmin ağır məğlubiyyətdən bu yana millimizdə çox şey dəyişib?
- Əlbəttə, ilk növbədə baş məqçi dəyişikliyini qeyd etmək lazımdır. Bəzi əlavə futbolçular milliyə dəvət olunub. Əsasən də qeyd etdiyim son nəticələr komandada psixoloji durumu qaydasına salıb. Xorvatiya kimi komandalarla oyunda özünəinam vacib şərtlərdəndir.
- Yəni komandamız Xorvatiyadan xal almaq gücündədir?
- Futbolda hər şey mümkündür. Bu, özümüzdən asılıdır. Yəqin ki, yaxşı nəticə qazanacağıq. Futbolda gözlənilməz nəticələr də olur.
- Sabah millimiz rəqibdən xal alsa, bu, gözlənilməz nəticə hesab olunacaq?
- Belə deməzdim. Qeyd etdiyim kimi, istənilən nəticə qeydə alına bilər. Əlbəttə, Xorvatiya millisi favoritdir. Ancaq rəqib nə qədər güclü olsa da, çox vaxt bu cür oyunlarda praqnozlar özünü doğrultmur. Hər şey sabah meydanda həll olunacaq.
- Rəqibin heyətində Luka Modriç, İvan Rakitiç kimi futbolçular var. "Real" və "Barselona"da çıxış edən bu bu oyunçuların qarşısını ala bilmək mümkün olacaqmı?
- Onlar fərdi yox, komanda şəklində oynayırlar. Rəqib futbolçularının səviyyəsi haqda çox danışmaq olar. Ancaq biz buna fikir vermirik. Onların adlı-sanlı klublarda çıxış etməsi də bizi maraqlandırmır. Hər halda baş məşqçimizin öz planları var.
- Rəqib futbolçuları açıqlamalarında millimizin güclü tərəfi kimi həmyerliləri Robert Prosineçkini göstəriblər. Sizcə, baş məşqçimizin Xorvatiya futboluna yaxşı bələd olması bizə əlavə şans verirmi?
- Bəli, Prosineçki uzun müddət Xorvatiya millisində çalışıb. Rəqibin güclü və zəif cəhətlərini bilir. Bu da bizim üçün üstünlükdür.
- Sonda "Qarabağ" və "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqiblərini dəyərləndirərdiniz.
- Hər iki komandamız çətin qrupa düşüb. Adlı-sanlı komandalara rəqib olublar. Bu isə o deməkdir ki, gözəl oyunların şahidi olacağıq. Rəqiblərin ad-sanı belə turnirlərdə o qədər də rol oynamır. Kağız üzərində "Borussiya", "Monako" və "Tottenhem" kimi rəqiblər favorit ola bilər, ancaq meydanda başqa nəticənin şahidi ola bilərik.
Ramiq AĞAMƏMMƏDOV
30 il sonra...
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu
Bu həftə “Qarabağ” – “Dinamo” Zaqreb oyunu var
Sabiq futbolçunu it dişlədi, 50-dən çox tikiş qoyuldu