"Osiyekdəki görüşlə müqayisədə Bakıda bizə çətin olacaq. Ancaq seçmə mərhələdəki oyun səviyyəmizi ortaya qoysaq, əminəm ki, istəyimizə nail olacağıq".
Qol.Az-ın məlumatına görə, bu sözləri Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç Bakıya yola düşməzdən əvvəl Zaqreb hava limanında jurnalistlərə açıqlamasında deyib.
Madrid "Real"ının futbolçusu "Avro-2016"nın seçmə mərhələsində qarşılaşacaqları millimizin hazırda daha yaxşı çıxış etdiyini bildirib:
"Qarşıdakı iki oyuna da qələbə üçün çıxacağıq. İlk öncə Azərbaycanla matç haqda danışaq. Sonra Norveçlə görüş barəsində düşünərik. Məni qarşıdakı iki oyunda 6 xal qane edəcək. Ancaq 4 xal da pis nəticə olmaz. Artıq Azərbaycan millisinin baş məşqçisi Berti Foqts deyil, Robert Prosineçkidir. O, bizi çox yaxşı tanıyır. Ancaq bu, bizimlə görüşdə onların şanslı olacağı anlamına gəlməməlidir. Doğrudur, Prosineçkinin gəlişindən sonra Azərbaycan yığması seçmə mərhələnin iki görüşündə yaxşı nəticə qazanıb. Onlar indi daha yaxşı oynayırlar. Lakin bunun önəmli rol oynayacağına inanmıram".
Qeyd edək ki, sabah keçiriləcək Azərbaycan - Xorvatiya matçı saat 21:00-da başlayacaq.
30 il sonra...
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu
Bu həftə “Qarabağ” – “Dinamo” Zaqreb oyunu var
Sabiq futbolçunu it dişlədi, 50-dən çox tikiş qoyuldu