Salvador yığmasının hücumçusu rəsmən "Zirə"də

Salvador yığmasının hücumçusu rəsmən "Zirə"də
GÜNDƏM 1 Sentyabr 2015 / 00:34 8287
-  A +

"Zirə" transfer pəncərəsinin son günü heyətini daha bir futbolçu ilə gücləndirib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Salvador yığmasının hücumçusu Nelson Bonilla ilə 2 illik müqavilə imzalanıb.

24 yaşlı Bonilla karyerasına ölkəsində “Alianza” klubunda başlayıb. Ötən il Rumıniyanın “Viitorul” klubuna transfer olunan Nelson 25 oyunda 7 qola imza atıb.

Hücumçu Salvador yığmasında da eyni sayda qolun müəllifidir. O, yığma komanda ilə 2013-cü ildə Kosta Rikada keçirilən Mərkəzi Amerika Oyunlarının bürünc medalını qazanıb.

Daha çox


Son xəbərlər