"Əlimizə yaxşı şans düşüb. Bundan istifadə etməliyik. Rəqibin hücum xətti çox güclüdür. Fərdi ustalığa malik oyunçuları var. Çalışacağıq ki, bunun qarşsını alaq. Sabah hər birimizi maraqlı oyun gözləyir".
Qol.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsinin “Yanq Boyz”la cavab matçı öncəsi keçirilən mətbuat konfransında deyib.
- Stadionun ot örtüyü hansı vəziyyətdədir?
- Hər şey göz önündədir. Bu gün o barədə düşünməsək, daha yaxşı olar. Ot örtüyünün vəziyyəti yaxşı deyil. Ancaq biz buna fikir verməməliyik.
- Səfərdə qazanılan qələbədən (1:0) sonra futbolçularda eyforiya yarana bilər...
- Düşünmürəm ki, kimsə eyforiyada olsun. Bu, qrup mərhələsində iştirak etmək üçün son şansımızdır. Bunu futbolçular da dərk edir. Azarkeşlər və sizlər bizə böyük ümid bəsləyirsiniz. Siz daha arxayınsınız, nəinki biz. Bilirik ki, hamı qalib gəlməyimizi istəyir. Amma biz bunu daha çox istəyirik. Avropa Liqasının qrupunda iştirak etmək bizim üçün böyük təcrübə və gələcək planlarımız üçün bir təkandır.
- “Qarabağ” Avropa Liqasının son oyunlarında çox az qol vurur. Bu, komandanızın həddindən artıq ehtiyatlı oynamasından irəli gəlir?
- Bəzən bir qol, bəzən isə qolsuz heç-heçə də kifayət edir. Qoy, nəticə bizim tərəfimizdə olsun, qol vurmasaq da olar. Düzdür, futbolun gözləlliyi qoldur. Biz də çalışırıq ki, komandamız hücumlarda daha kəsərli olsun. Bunun üzərində işləyirik.
- Əlhərbi Əl Jadeouinin durumu necədir?
- Əzəlisində problem var. Sabah oynamayacaq.
- Stadionunun ot örtüyünün pis vəziyyətdə olması “Qarabağ”ın oyununa nə dərəcədə təsir göstərəcək?
- Ola bilər ki, sabah baxımlı oyun olmasın. Əvəzində mübarizə və sürətli futbol görə bilərik.
- Penaltilərə hazırlaşmısıznızmı?
- Penaltilər seriyasında futbolçular sərbəst olmalıdır. Penaltilər loteraya kimidir. Oyuna 2-3 gün qalmış komandanı penaltilərə hazırlaşdırmıram. Bu, futbolçuların fikrini yayındıra bilər. Ancaq ay ərzində hər bir futbolçu ilə penalti üzərində çalışırıq.
- Qeyd etdiniz ki, rəqib təhlükəli komandadır. Bəs "Yanq Boyz"un zəif cəhətləri nədir?
- Bunu deməsəm yaxşıdır. Hər bir rəqibə hörmət etməliyik, zəif yerini deməməliyik. Əksinə, öz səhvlərimizi qabartmalıyıq. Statistikaya baxsaq, rəqib bizdən üstün komandadır. Çalışacağıq ki, kollektiv şəkildə onların qarşısını alaq.
- Cumbinyonun durumu necədir?
- Vəziyyəti normaldır. Ola bilər ki, tədricən çempionat oyunlarında meydana çıxsın.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya