Samir Əliyev: "Əvəzedici heyətdən 5 nəfər götürəcəyik"

Samir Əliyev: "Əvəzedici heyətdən 5 nəfər götürəcəyik"
ÖLKƏ FUTBOLU 23 Avqust 2015 / 20:49 5204
-  A +

 “Qol imkanlarımız çox oldu. Amma təcrübəsizlik yenə ön plana çıxdı, şansların az qismindən yararlana bildik. Ötən oyunlarla müqayisədə bu gün daha çox aqressiv idik".

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Əliyev Azərbaycan Premyer Liqasının üçüncü turunda "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

O, poblemlərin üzərində işləməli olduqlarını vurğulayıb:

"Fiziki hazırlığımızı daha yaxşı səviyyəyə gətirməliyik. Artıq bizim üçün fasilə başladı. Oyunçuları 3 günlük istirahətə buraxacağıq.  Məşqlər başlayanda əvəzedici heyətdən 5 nəfər götürəcəyik. Fasilə zamanı ölkə daxilində yoxlama görüşləri keçirməyi düşünürük”.

Daha çox


Son xəbərlər