Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Seltik" klubunun futbolçuları yenidən meydandakı davranışları ilə diqqət mərkəzinə düşüb.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, "Malmö" klubunun qapıçısı Yohan Viland pley-off mərhələsində qarşılaşdıqları Şotlandiya təmsilçisinin futbolçularının davranışlarından gileylənib.
O, Şotlandiyada keçirilən ilk görüşdə "Seltik"li futbolçuların meydanda özlərini donuz kimi apardıqlarını bildirib: "Seltik"li futbolçuların hamısı donuzdur, bu, onların yoludur. Siz meydanda sakit və təmkinli olmalısınız, necə ki, biz də bunu etməliyik. Qapımıza iki qol vuran Li Qriffitsin oyun ərzində nə dediklərini bilmirəm, ancaq o, özünü uşaq kimi aparırdı. Oyunboyu formamdan çəkməyə çalışırdı".
"Malmö"nün müdafiəçisi Rasmus Benqtson da "Seltik"li futbolçuların oyunboyu çox danışdıqlarını deyib: "Seltik"in heyətində bir neçə futbolçu var idi ki, oyunboyu çox danışırdı. Yəqin, kimi nəzərdə tutduğumu bilirsiniz. "Seltik"in kapitanı (Skot Braun) və eləcə də, digərləri çox danışırdılar. Bu komandanın daha bir üzvü Nadir Çiftçi də özünü yaxşı aparmırdı. Onun ilk etmək istədiyi şey danışmaq idi. Çiftçi öz oyunundan daha çox danışmağa köklənmişdi. Ancaq mən bunun onlar üçün üstünlük olduğunu düşünmürəm".
Qeyd edək ki, "Seltik" - "Malmö" oyunu 3:2 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Bu komandalar arasında cavab matçı avqustun 25-də İsveçdə keçiriləcək.
Xatırladaq ki, "Qarabağ"ın futbolçusu Qara Qarayev də "Seltik"lə cavab oyunundan (0:0) sonra rəqib futbolçuların meydandakı davranışlarını pisləyərək, onlar haqda tənqidi fikirlər səsləndirib: "Seltik"in oyunçuları meydanda futboldan başqa hər işlə məşğul idilər. Bizi təhrik edirdilər. Əsas da kapitanları. "Seltik"ə oyundan əvvəl rəqibə simpatiyam var idi, lakin bundan sonra uduzduğumuza görə yox, onların futbolçularının etdiyi hərəkətlərə görə heç vaxt bu komandaya azarkeşlik etmərəm. Çünki meydanda artıq hərəkət edirdilər, söyüş söyürdülər".
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı
"Araz-Naxçıvan"dan ÇL-də uğurlu debüt
Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşdi
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
“Sumqayıt”ın “Mehdi Hüseynzadə”yə qayıdış vaxtı bilindi
Vengerlə Bakıdakı görüşdə kimlər iştirak etdi? - Şəkillər
“Mançester Yunayted”də böhran dərinləşir
Harri Keyn "Qarabağ"a qolu belə vurmuşdu - Video
Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına son qoyub
“Komandamızda gərginlik var” - Əfran İsmayılov
De la Fuente: “Yamal çoxlu ‘Qızıl top’ qazanacaq”
Azərbaycanı Asiya kubokunda onlar təmsil edəcəklər
Laporta "El-Klasiko"dakı məğlubiyyətdən danışdı
Azərbaycan millisinin rəqibi müəyyənləşdi
30 il sonra...
"Qalatasaray" "Fənərbaxça"nı belə məğlub etdi - Video
“Özümü sübut etmək üçün mənə vaxt verilmədi” - Juninyo
Harri Keyn "Tottenhem"ə təşəkkür etdi
İstanbul derbisində futbolçular arasında dava düşdü - Video
“Qızıl top”un yekun sıralaması
"Qızıl top"un qalibi açıqlandı
Putelyasdan tarixi uğur – Üçüncü “Qızıl top”
İlin ən yaxşı hücumçusu odur
PSJ ilin klubu seçildi
De la Fuente ilin ən yaxşı baş məşqçisi oldu
İlin ən yaxşı gənc futbolçusu seçildi
İstabul derbisini "Qalatasaray" qazandı
“Qızıl top”un təqdimetmə mərasimi gecikdi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı